Icma.az
close
up
RU
TAP ilə indiyədək 61 mlrd. kubmetrdən artıq Azərbaycan qazı çatdırılıb

TAP ilə indiyədək 61 mlrd. kubmetrdən artıq Azərbaycan qazı çatdırılıb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Afinada energetika naziri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis Theoharisin həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iclasda ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilmiş görüşün, həmçinin bu ilin mayında Afinada aparılmış siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizin inkişafı, yeni enerji və nəqliyyat bağlantılarının iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 27,6 faiz, cari ilin ilk yarısında isə 25,35 faiz artıb. Ölkələrin iqtisadi potensialından geniş istifadə məqsədilə qarşılıqlı investisiyaların artırılması, özəl sektorlar arasında birbaşa əlaqələrin və birgə layihələrin təşviqi müzakirə edilib. Bu baxımdan iclas çərçivəsində keçirilən Azərbaycan-Yunanıstan Biznes Forumunun əhəmiyyəti qeyd olunub.

İclasda ticarət, biznes və investisiya, sənaye, kiçik və orta biznes (KOB), enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, ətraf mühit və gömrük üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Enerji əməkdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizi və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz təchizatının şaxələndirilməsində strateji rolu vurğulanıb. Bildirilib ki, 2025-ci ildə Yunanıstana 1,1 milyard kubmetr, cari ilin ilk səkkiz ayında isə təqribən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. TAP-ın istismara verilməsindən indiyədək Yunanıstana ümumilikdə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 61,4 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, Xəzər regionu ilə Avropa arasında yaşıl enerji bağlantılarının yaradılması üzrə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Yunanıstanın Cənub-Şərqi Avropanın enerji sistemindəki rolu nəzərə alınmaqla, yaşıl enerji, elektrik infrastrukturu və regional bağlantılar, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nəqliyyat və logistika xüsusunda ötən il ölkələr arasında tranzit yükdaşımaların təxminən 90 faiz artdığı bildirilib. Orta Dəhlizin artan əhəmiyyəti fonunda Cənubi Qafqaz, Avropa və Şərqi Aralıq dənizi arasında bağlantıların inkişafı, liman və dəniz əməkdaşlığının genişləndirilməsi, eləcə də birbaşa hava əlaqələrinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin süni intellekt, rəqəmsal transformasiya, innovasiya və kosmik texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Azərkosmos” ilə Yunanıstan Kosmik Mərkəzi arasında başlayan əməkdaşlıq müsbət qiymətləndirilib. Yunanıstan şirkətlərinin Azərbaycandakı investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan daha fəal yararlanmasının təşviqi vurğulanıb.

Turizm, təhsil, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olub.

İclasın yekunlarına dair Protokol və “Turizm sahəsində 2026-2028-ci illər üzrə Birgə Fəaliyyət Planı” imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri