TANAPla indiyədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql olunub
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Trans-Anadolu təbii qaz boru xətti (TANAP) ilə istifadəyə veriləndən 31 dekabr 2024-cü il tarixinədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql edilib.
"APA-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.
Onun sözlərinə görə, hesabat dövründə TANAP-la 73,5 mlrd. kubmetr qaz nəql edilib.
Elçin İbadov onu da qeyd edib ki, hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 30,8 mlrd. kubmetr, Avropaya isə 42,74 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.




Azərbaycan TANAPla nə qədər qaz nəql edib? (FOTO)
15 Yanvar 2025 10:39
TANAPla TAPa ötürülən qazın həcmi 73 milyard kubmetri ötüb
30 Noyabr 2024 14:56
TANAPla Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
06 Yanvar 2025 17:00
TAP ilə Avropaya indiyədək 45 mlrd. kubmetrdən artıq qaz nəql olunub
03 Aprel 2025 12:02
TANAPla TAPa ötürülən qazın həcmi 73 milyard kubmetri ötüb AZƏRTAC
30 Noyabr 2024 10:39

