Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Tapılmayan itkinlər və dərddən oynayan analar

Tapılmayan itkinlər və dərddən oynayan analar

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun illər əvvəl məcburi köçkünlər üçün çadır şəhərcikdə 50-55 yaşında bir qadınla rastlaşmışdım. Qadını tanıyanlar deyirdi ki, dərddən ağlını itirib. Musiqi səsi eşidən kimi qadın oynamağa başlayırdı. Deyirdi: "Qızımın toyudur". Ətrafda kimi görürdüsə, "qızının toyu"na çağırırdı. Həmin qadınınn nişanlı qızını ermənilər girov götürmüşdülər...

Mən uşaqlıq çağlarımda da dərddən oynayan görmüşdüm. Sonra doğulub böyüdüyüm Qarabağda dərdin ağırlığı altında ağıl dəngəsini itirən, qol götürüb oynayan gördüm. Ən çox da itkin düşənlərin anası, bacısı, xanımı, nişanlısı dərddən oynayacaq hala gələrdilər. İtkin anaları gecə-gündüz əllərini göyə açıb dua edərdilər: "Allah, sən özün səsimi eşit, heç olmasa, balamın üstündə ağlamağa bir qəbri olsun..."

3979 itkinimiz var. Onların çoxu Qarabağ müharibəsinin əvvəlki fazasında itkin düşüb. Nə xəbər var, nə ətər. Ermənistanla müharibənin hərbi fazası bitib. Hələ də Azərbaycana qarşı "humanitar müharibə" davam edir. Hələ də minlərlə itkin Azərbaycana qaytarılmır. Onların bir hissəsi işğal rejimi dövründə Qarabağda saxlanılıb. Ermənistan, eləcə də, Qarabağdakı keçmiş erməni separatçı-terrorçu rejimi əsir və girov götürdükləri, sonra öldürdükləri azərbaycanlıları kütləvi məzarlıqlarda dəfn ediblər. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bu ilin oktyabr ayına qədər azad olunmuş Qarabağda 18 kütləvi məzarlıq tapılıb. Öldürülmüş 155 nəfərin vətəndaşımızın qalıqları eyniləşdirilərək, ailəsinə təhvil verilib, el adəti üzrə yenidən dəfn olunub. Ancaq 4 minə yaxın azərbaycanlı hələ də itkindir. Onların sağ olub-olmadığı da məlum deyil. Ermənistan hökuməti bu insanların axtarılıb tapılmasını təmin etməli və sağ qalanları sağ-salamat, öldürülənlərin və ya dünyasını dəyişənlərin isə qalıqlarını Azərbaycana təhvil verməlidir.

Azərbaycan prezidenti noyabrın 8-də Zəfər günü münasibətilə etdiyi çıxışında haqlı olaraq dedi ki, Ermənistan tərəfi özünü dünyaya "sülh göyərçini" kimi təqdim edir. Ancaq sülhü yaxınlaşdıracaq əməli addımları atmır. Tamamilə doğru təsbitdir. Əgər Ermənistan belə səmimi sülh tərəfdarıdırsa, "sülh göyərçini" olmaq istəyirsə, elə birinci itkin azərbaycanlıları tapıb geri təhvil versin. Hələ də dözüb qala bilmiş itkin anaları, doğmaları var; gözləri yoldadır. Kütləvi məzarlıqların yerini göstərsin keçmiş işğalçı. Bəlkə kimsə öz ölüsünə-dirisinə hörmət etmir, sahib çıxmır. Ancaq Azərbaycan xalqı belə deyil. Dünyadan köçənlərə həm milli, həm dini, həm də elə rəsmi adət-ənənəyə uyğun olaraq hörmət göstərir. Bəlkə də qarşı tərəfin "lex naturalis" deyilən anlayışdan xəbəri yoxdur. Sokratdan, Platondan başlamış ta Holbaxa, Kanta, Hobbsa qədər çox dahi alim, mütəfəkkir insanın təbii hüquqlarını əsaslandırıb. Yazılmış qanunlardan başqa yazılmamış qanunlar da var. Hər insanın dünyasını dəyişəndən sonra da insan haqları var. Ləyaqətlə dəfn olunmaq kimi, öz məzarında rahat uyumaq kimi. Öz ölüsünə hörmət edən heç bir xalq, heç bir kəs başqasının ölüsünün məzarını dağıtmaz. Hətta düşmənin də ləyaqətlə dəfn olunmaq haqqı var. Ta qədimdən bu günə qədər Türk törəsi bunu əmr edir və türk toplumu bu törəyə əməl edir. Azərbaycan xalqı erməni milli-mədəni irsinə, onların məzarlıqlarına həmişə sayğılı yanaşıb. Müharibədə də orduya təlimat verilmişdi ki, hərbi əməliyyatlar aparılan zaman tarixi-mədəni irsin zərər görməməsi üçün əllərindən gələni etsinlər. Azərbaycan ordusu bu təlimata uyğun davranıb; heç bir tarixi, mədəni abidəyə və məzarlıqlara zərər verməyib. Ancaq qarşı tərəf tam əksinə hərəkət edib. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, talan etmələri, etnik təmizləmə və soyqırım törətmələri, günahsız insanları girov götürüb ağır zülm və işgəncələr vermələri bəs deyilmiş kimi, Azərbaycan xalqına məxsus qəbiristanlıqları da yerlə yeksan ediblər. Ölmüş insanların ruhlarını da incidiblər. İnsanlarımıza qarşı qətliam törətdikləri bəs deyilmiş kimi, cəsədləri ailələrinə qaytarmamış, kütləvi məzarlıqlar qazıb, necə gəldi basdırıblar. İndi Azərbaycanın həbs etdiyi keçinmiş hərbi xuntanın keçmiş başçıları özlərinin sonunun gəldiyini gördükdə, hətta o kütləvi məzarlıqlardan da bəzilərini dağıtdırıblar. Hərbi cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin izlərini itirməyə cəhd ediblər. Bu gün də nə rəsmi İrəvan, nə də artıq bir ildən çoxdur "keçinmiş" xuntanın keçmiş "başçı"ları qətl etdikləri azərbaycanlıların məzar yerlərini dəqiq demirlər. Hələ də yalan məlumatlar, yanlış koordinatlar verirlər. Mina xəritələrini qəsdən yanlış verdikləri kimi. "Humanitar müharibə" deyəndə bunu nəzərdə tuturam.

Bir neçə hərbi caniyə görə bəşəriyyətin baş-beynini aparan Ermənistan və ödənişli erməni "aşiqləri" bir neçə min itkin azərbaycanlı problemindən heç danışmaq istəmirlər.

Azərbaycan dövləti bu istiqamətdə üzərinə düşən hər şeyi edir. Ancaq bu, tək Azərbaycan dövlətindən asılı deyil. Azərbaycanda bu məsələ ilə məşğul olan orqanlar var. Onlar öz məsuliyyət ərazisində görə biləcəyi işləri görür. Amma keçib Ermənistan ərazisində itkinləri axtara bilməz. Bunu Ermənistan özü və uyğun mandatı olan beynəlxalq təşkilatlar edə bilər və etməlidir.

Nəhayət, Azərbaycan dövlətinin diplomatik çabaları nəticə verməyə başlayıb; BMT Baş Assambleyasının 3-cü komitəsi "İtkin düşmüş şəxslər" adlı qətnamə qəbul edib. Bu qətnamənin icra olunması üçün Ermənistana təzyiq göstərilməlidir ki, rəsmi İrəvan Azərbaycana qarşı "humanitar müharibə"ni dayandırsın, minlərlə itkin insanı, yaxud onların nəşini Azərbaycana qaytarsın. "Sülh göyərçini" statusuna iddia edən dövlət bu statusa layiq olduğunu əməli olaraq isbatlamalıdır. Birinci addım kimi itkinlər probleminin həllindən başlaya bilər...

Dərddən oynayan anaların əhdi, dünyasını dəyişənlərin təbii haqqı var axı.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see666

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see470

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see259

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see251

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see242

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see230

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see226

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see223

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see223

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see222

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see221

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see209

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see201

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see201

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see199

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see193

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see192

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see191

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see184

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri