Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Tarix kitablarımızdakı qüsurlar

Tarix kitablarımızdakı qüsurlar

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qısa müddət öncə coğrafiya dərsliklərimizdəki ciddi qüsurlardan bəhs etmişdim. İndi isə növbə tarix kitablarımıza çatıb. Tarix dərsliklərimizdə, dərs vəsaitləri və köməkçi kitablarımızda da faktoloji səhvlər, yanlış terminlər, elmi qeyri-dəqiqliklər, şablon və köhnəlmiş yanaşmalar az deyil.

Ən qısa zamanda bu qüsurları konkret nümunələrlə, akademik yanaşma ilə ictimaiyyətə təqdim edəcəyəm. Məqsəd tənqid yox, düzəltmək və yaxşılaşdırmaqdır. Təhsilə biganə olmayan hər kəsi izləməyə və müzakirəyə dəvət edirəm. Tarix susmur, səhvlər də…

Coğrafiya, tarix, ədəbiyyat və s. fənlər üzrə qeydlərimi silsilə yazılar şəklində yayınladıqdan sonra konkret akademik mənbələrə istinadən təqdim edəcəyim faktlar və dəlilləri irihəcmli rəsmi məktubla Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də göndərəcəyəm.

Lakin bir neçə kiçik nümunəni sizinlə bölüşmək istəyirəm. Bunlar hələ harasıdır ki?

1. Tarix kitablarımızda yazılır ki, ox və kaman Mezolit dövründə (Orta Daş dövrü) ixtira olunub. Hələ, bu dəfələrlə dövlət imtahanlarında test sualları kimi şagirdlərin biliyinin yoxlanılması üçün onların qarşısına çıxıb.

Halbuki ox-kamanın ixtirası Mezolit dövründə olmayıb, bu ixtiranın ən erkən izləri daha qədim dövrlərə gedib çıxır və bu dediklərim mülahizə deyil, elmi faktlarla təsdiqini tapan və bir sıra etibarlı qaynaqlarla yer alan informasiyadır. Avropada tarix dərsliklərinə də düşüb. Mezolit dövründə ox-kamanın GENİŞ YAYILMASI və mikrolit ucluqların (xırda daş hissələrin) ox/süngü kimi kompozit silahlarda işlədilməsi çox xarakterikdir.

Mənbə: 

//www.cambridge.org/core/journals/antiquity/article/abs/indications-of-bow-and-stonetipped-arrow-use-64-000-years-ago-in-kwazulunatal-south-africa/89AF638BE5E64CEAC63363EFDD4D5E8F

 //www.britannica.com/event/Mesolithic 

//pmc.ncbi.nlm.nih.gov/articles/PMC9946345/ 

2. Tarix kitablarımızda yazılır ki, ev heyvanlarının əhilləşdirilməsi Eneolit dövrünə aiddir.

Halbuki bütün ev heyvanları Eneolitdə əhilləşdirilməyib. Əksinə, “ən klassik” ev heyvanlarının çoxu (məsələn qoyun, keçi, daha sonra iri buynuzlu mal-qara və donuz) əsasən Neolit dövründə (kənd təsərrüfatının və oturaq həyatın formalaşdığı mərhələdə) əhilləşdirilib, hətta bəziləri isə sonrakı dövrlərdə tamamlanıb. Məsələn, atın əhilləşdirilməsi təxminən 6 min il əvvəl (təqribən e.ə. IV minilliyin sonu-III minilliyin əvvəlləri) steplər zonasında baş vermiş sayılır, bu isə artıq Neolitdən sonrakı mərhələlərə təsadüf edir.

Mənbələr

 //www.britannica.com/topic/history-of-Europe/General-characteristics

//www.britannica.com/event/Neolithic

//www.britannica.com/animal/horse/Origin-of-horse-domestication

3. Bizim bir sıra tarix kitablarımızda uzun illər yazılıb və şagirdlərimizin beyninə yeridilib ki, Rusiya ilə Osmanlı imperiyası arasında 1774-cü ildə bağlanmış Kiçik Qaynarca müqaviləsinin əsas şərtlərindən biri Valaxiya və Moldovanın Rusiyanın HİMAYƏSİNƏ KEÇMƏSİ olub. Bu qeyri-müəyyən və ala-yarımçıq formalı ifadə tərzi başa düşməyə imkan vermir ki, Valaxiya və Moldova Rusiyaya verildi, yoxsa Osmanlı imperiyasının tərkibində qaldı?

Halbuki vurğulanmalı idi ki, Valaxiya və Moldova Osmanlı imperiyasının tərkibində qalsa da, onların hüquqları genişləndirildi.

Sözügedən müqavilənin mətninə nəzər salsaq, görərik ki, Valaxiya və Moldova rəsmi şəkildə Rusiyanın “himayəsinə keçməmişdir”, onlar Osmanlı tərkibində qalaraq geniş muxtariyyət və Rusiyanın müdafiəçi (protektor roluna yaxın) hüquqlarını əldə etmişdir.

Gəlin müqavilənin birbaşa mətnində qeyd etdiyimiz yerə nəzər salaq. Belə ki, müqavilənin XVI maddəsi açıq şəkildə bildirir ki, Rusiya:

“Valaxiya və Moldovanın iki knyazlığını … Sublime Porte-yə (Osmanlıya) bərpa edir / qaytarır” 

Osmanlı isə bu knyazlıqları “müəyyən şərtlərlə” qəbul edir və həmin şərtlərin içində ən kritik bəndlərdən biri belədir:

“Bu iki knyazlığın vəziyyəti tələb etdikcə, Rusiyanın Konstantinopoldakı nazirləri onların xeyrinə remonstrasiya (etiraz-müraciət) edə bilərlər; Porte də bunu dost və hörmətli dövlətlərə layiq diqqətlə dinləyəcəyinə söz verir.”

Britannica ensiklpoediyası da eyni məntiqi vurğulayır: “Moldaviya və Valaxiya “Türkiyəyə qaytarılır”, amma Rusiya Moldaviya və Valaxiyadakı yunan-ortodoksların “təmsilçiliyi” kimi şərh olunan hüquqi baza əldə edir və sonradan bunu daha geniş “protektorat” iddiaları üçün istifadə etməyə çalışır”.

Mənbələr:

//fass.nus.edu.sg/hist/eia/historical-texts-archive/

//www.britannica.com/event/Treaty-of-Kucuk-Kaynarca

4. Tarix kitablarımızda uzun illər göstərilib ki, Rusiya ilə Osmanlı imperiyası arasında 1829-cu ildə bağlanmış Ədirnə (Edirne/Adrianopol) müqaviləsinin əsas şərtlərindən birinə görə  Yunanıstan müstəqillik əldə etdi.

Halbuki Yunanıstan 1829-cu il Ədirnə müqaviləsi ilə birbaşa “müstəqillik” əldə etməyib. Bu müqavilə Yunanıstan üçün muxtariyyətin qəbulunu nəzərdə tuturdu. Tam suveren müstəqilliyin beynəlxalq diplomatik akt kimi rəsmiləşməsi 3 fevral 1830-cu il tarixli London Protokolu ilə gerçəkləşib.

Mənbələr

 //history.state.gov/historicaldocuments/frus1945Berlinv01/d697

//200years.mfa.gr/en/international-treaties-en/

5. Əvvəllər bəzi tarix kitablarımızda qeyd olunub ki, Rusiya ilə Osmanlı imperiyası arasında 1878-ci ildə bağlanmış San-Stefano (Yaşılköy) müqaviləsinin əsas şərtlərindən birinə görə Bolqarıstan müstəqillik qazandı.

Halbuki Bolqarıstan San-Stefano müqaviləsi ilə “müstəqil dövlət” deyil, Osmanlıya xərac verən (tributary) muxtar knyazlıq kimi nəzərdə tutulurdu (“Böyük Bolqarıstan” layihəsi)

Mənbələr

//www.britannica.com/event/Treaty-of-San-Stefano

6. Bəzi tarix kitablarımızda qeyd olunur ki, Antanta dövlətləri ilə Osmanlı imperiyası arasında 1918-ci ildə Mudros müqavilə bağlanıb.

Halbuki bu sənəd bir çox etibarlı qaynaqlarda “Mudros müqaviləsi” deyil, hüquqi-siyasi mahiyyətcə “Mudros atəşkəsi” (Armistice of Mudros) adlanır.

Bundan başqa, bizim kitablarda sözügedən hüquqi sənədin şərtlərindən biri kimi – “Bütün hərbi sursat və ləvazimatlarını müttəfiqlərin sərəncamına verməli idi” – göstərilir.

Halbuki bu çox ümumiləşdirilmiş ifadədir və hüquqi sənədin mətnində birbaşa “hamısını təhvil ver” deyil, “ordunun tərxisindən sonra silah-sursatın taleyi barədə Müttəfiqlərin göstərişlərinə əməl etmək” kimi ifadə olunur.

Digər tərəfdən bizim tarix kitablarının bəzilərində bu hüquqi sənədin şərtlərindən biri də Osmanlının bir həftə ərzində Bakını da tərk etməl olması qeyd olunur.

Halbuki “1 həftə ərzində Bakını tərk etməli idi” ifadəsi mətnin özündə bu formada, yəni “1 həftə” kimi verilməsə də, Bakı ilə bağlı etiraz etməmək bəndi açıq şəkildə vardır.

Bundan başqa, bu hüquqi sənədin çox ictimai olmayan digər müddəaları haqqında da bizim tarix kitablarımızda çox bəhs edilmir. Məsələn, “Mudros atəşkəsi”nin az bilinən digər müddəalarına görə müttəfiqlər “təhlükəsizliklərinə təhdid yaradan vəziyyət” olduqda istənilən strateji məntəqəni tutmaq hüququ əldə edirlər, Kabel/radio stansiyaları müttəfiqlərin nəzarətinə keçir; dəmir yollarına (o cümlədən türklərin nəzarətində olan Transqafqaz xətlərinə) müttəfiq nəzarət zabitləri yerləşdirilir və xətlər onların sərəncamına verilir. Ərəb cəbhələri və digər bölgələrlə bağlı müddəalara gəlincə, Hicaz, Yəmən, Suriya, Mesopotamiya və s. ərazilərdəki osmanlı qarnizonları ən yaxın müttəfiq komandanlığa təslim edilir, bəzi bölgələrdən qoşunların çıxarılması nəzərdə tutulur. 

Bundan başqa, Osmanlı Mərkəzi dövlətlərlə (Almaniya və Avstriya-Macarıstan) münasibətləri dayandırır, onların hərbi-mülki şəxsləri ölkədən çıxarılır. Müttəfiq hərbi əsirləri və “erməni intern edilmiş şəxslər” İstanbulda toplanır və qeyd-şərtsiz təhvil verilir.

Mənbələr

//www.britannica.com/event/Armistice-of-Mudros

//germanhistorydocs.ghi-dc.org/pdf/eng/armistice_turk_eng.pdf

Yunis Xəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri