Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Tarix kitablarının dəyişikliyi mütləqdir Təhsil eksperti

Tarix kitablarının dəyişikliyi mütləqdir Təhsil eksperti

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Elm və təhsil naziri Emin Əmrullayev ötən günlərdə keçirilən birifinqdə qeyd edib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir, bu, dəyişməlidir.

Redaktor.az-a bu haqda danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda ümumi təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri dərsliklərin məzmunudur:

"Tarix dərslikləri uzun illərdir ki, daha çox faktların sadalanmasına və xronoloji ardıcıllığın qorunmasına əsaslanıb. Bu yanaşma isə şagirdlərdə hadisələrin mahiyyətini, səbəb-nəticə əlaqələrini, proseslərin sosial-siyasi əhəmiyyətini dərk etmək bacarığını tam formalaşdırmayıb. Elm və təhsil nazirinin son açıqlamasında vurğuladığı kimi, tarix kitablarının sadəcə faktların sıralanmasından ibarət olması tədrisin müasir tələblərə cavab vermədiyini göstərir və bu yanaşmanın dəyişməsi artıq obyektiv zərurətə çevrilib.

Statistik göstəricilər də bu problemin aktuallığını sübut edir. Dövlət İmtahan Mərkəzinin illik hesabatına əsasən, 2024-cü ildə keçirilən qəbul imtahanlarında şagirdlərin tarix fənni üzrə orta nəticəsi 100 bal üzərindən 41 bal təşkil edib. Bu, digər humanitar fənlərlə müqayisədə ən aşağı göstəricilərdən biridir. Ali məktəblərə qəbul imtahanlarında da abituriyentlərin tarixdən nəticələri çox zaman 50 faizi keçmir. Bu faktlar göstərir ki, mövcud dərsliklər şagirdlərdə yalnız yaddaşa əsaslanan öyrənməni stimullaşdırır və analitik təfəkkürü kifayət qədər inkişaf etdirmir. Halbuki “Təhsil haqqında Qanun”un 11-ci maddəsində təhsilalanların tənqidi düşünmə və yaradıcılıq bacarıqlarının formalaşdırılması dövlətin prioritetlərindən biri kimi qeyd olunur".

Müsahibimizin sözlərinə görə, müsbət tərəf odur ki, nazirlik bu problemi açıq şəkildə etiraf edir və dəyişikliklərin zəruriliyini gündəmə gətirir:

"Mənfi tərəflər isə indiyə qədər olan köhnə metodoloji yanaşmada özünü göstərir. Tarix kitablarının dili çox zaman akademik və ağır olur, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşmır. Faktların bolluğu uşaqlarda öyrənmə marağını azaldır, hadisələr sadəcə əzbərlənməli məlumat kimi qavranılır. Bu, həm də şagirdlərin uzunmüddətli yaddaşında zəif iz buraxır və biliklərin tətbiqini məhdudlaşdırır.

Əgər dəyişikliklər həyata keçirilərsə, bir neçə mühüm nəticə əldə olunacaq. Birincisi, şagirdlər tarixə maraqla yanaşacaq, hadisələri sadəcə illərlə deyil, məntiqi əlaqələrlə yadda saxlayacaqlar. İkincisi, dərsliklərdə mənbə təhlili və açıq suallar geniş yer tutacağı üçün şagirdlər müstəqil düşünmə bacarığı qazanacaqlar. Üçüncüsü, nəticələrdə də real irəliləyiş müşahidə olunacaq; beynəlxalq qiymətləndirmələrdə, məsələn, PISA testlərində Azərbaycan şagirdlərinin tarixə yaxın fənlərdə nəticələri yüksələcək".

Kamran Əsədov qeyd etdi ki, nazirliyin bu təşəbbüsü yalnız dərsliklərin yenilənməsi deyil, həm də tədrisin fəlsəfəsinin dəyişməsi baxımından əhəmiyyətlidir.

"Konkret nümunə kimi 2022-ci ildə tətbiq olunan riyaziyyat dərsliklərinin yeni formatını göstərmək olar. Orada sadəcə məsələlərin həlli deyil, həm də məntiqi suallar, açıq tapşırıqlar yer alır. Bu model tarix dərsliklərinə də tətbiq edilərsə, şagirdlər hadisələri öyrənməklə yanaşı, nəticə çıxarmağı və mühakimə yürütməyi də bacaracaqlar.

Hesab edirəm ki, dəyişiklik mütləqdir və bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar tərifəlayiqdir, çünki onlar mövcud problemləri görməklə yanaşı, həll yolları da axtarırlar. Nəticə etibarilə, dərsliklərin yenilənməsi Azərbaycan təhsilində yeni bir mərhələ açacaq, tarix fənninin öyrədilməsi sadəcə xronoloji ardıcıllıqdan çıxaraq, milli kimliyi və analitik düşüncəni formalaşdıran bir vasitəyə çevriləcək", - deyə ekspert bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri