Icma.az
close
up
RU
Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyun, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Azərbaycan Milli İncəsənət Muzeyi.

Azərbaycan Milli İncəsənət Muzeyi Bakı şəhəri, Niyazi küçəsi 11/9 ünvanında yerləşir. Bu il yaranmasının 90 ili tamam olan Muzey ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, Azərbaycanın zəngin incəsənət irsini qoruyan mühüm sənət məkanıdır. Muzeyin fondu “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” olmaqla altı əsas kolleksiyadan ibarətdir. Burada 18 mindən çox eksponat mühafizə olunur.

Muzeydə Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əhatə edən rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Bununla yanaşı, ekspozisiyada Qərbi Avropa, rus və Şərq ölkələrinin incəsənətinə aid dəyərli əsərlər də yer alır. Xüsusilə muzeyin rus avanqardı və XVI–XX əsrlərə aid Qərbi Avropa rəssamlığı kolleksiyası ziyarətçilərin böyük marağına səbəb olur.

Muzey yalnız sərgi məkanı kimi deyil, həm də maarifləndirici və mədəni tədbirlərin keçirildiyi sənət mərkəzi kimi fəaliyyət göstərir. Burada ekspozisiyalar üzrə müxtəlif növ ekskursiyalar təşkil edilir. Həftənin çərşənbə günləri milli və dünya musiqisini əhatə edən konsert proqramları təqdim olunur. Həftəsonları isə uşaqlar üçün incəsənət tarixinə dair maarifləndirici və əyləncəli proqramlar keçirilir, həmçinin Azərbaycan incəsənətinə həsr olunan sənədli filmlər nümayiş etdirilir.

Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi binası özünəməxsus memarlıq üslubu ilə diqqət çəkir. Bu binalar 2013-cü ildə şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilib. Muzeyin yeni mərkəzi korpusunda isə müasir incəsənət sərgiləri və müxtəlif mədəni layihələr təşkil olunur.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir-Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri