Icma.az
close
up
RU
Tarix və incəsənətin yaradıcısı: Təkrarsız Memar Əcəmi Əbubəkr

Tarix və incəsənətin yaradıcısı: Təkrarsız Memar Əcəmi Əbubəkr

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Qapılar bağlanır, növbəti stansiya Memar Əcəmi” .Yəqin ki, bu səsi respublikamızda eşitməyən az adam olar. Amma çox adam bilmir ki, Memar Əcəmi Azərbaycan tarixinin varlığı üçün necə böyük sərvət qoyub gedib.


Bəli, ömrünü, ağlını, zəkasını xalqına, millətinə həsr etmiş ulularımızdan biri də Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Əbubəkr oğlu Naxçıvanidir və bu gün onun doğum günü kimi qeyd olunur. XII əsrin 20-ci illərində doğulan Əcəminin layihəsi ilən tikilən tarixi abidələr bügünkü nəsillərə ən muqəddəs, ən ülvi əmanətidir, yadigarıdır. Əcəminin yaşadığı dövr Azərbaycan intibahının çiçəklənmə dövrü olub. Şəhərlər böyüyüb, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulub. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edib. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaradıb.

Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları iltibah dövrünün görkəmli nümayəndələri dir. Eyni zamanda iltibah dövrünün ən mükəmməl nümayəndələrindən biri də Əcəmi hesab olunur.

Yusif Küseyr oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilib. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir.Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatıb.


Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında Qurani-Kərimin "Al-i İmran" surəsindən 15-17-ci ayələr, tağı üzərində isə "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir" sözləri yazılıb.

Yusif Küseyr oğlu kitаbədə "tаnınmış rəis", "mömin", "islamın gözəlliyi", "şeyxlərin başçısı" titul və epitetləri ilə təqdim оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə kifаyət qədər nüfuzlu idi.

Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.

Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."

Əcəmi XII əsrdə İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində, atabəy Şəmsəddin Eldənizin dövründə yaşayıb. Tarixdə onun barəsində, ölməz əsərlərindən başqa heç bir məlumat yoxdur. Görünür, dahi memar bunu qabaqcadan hiss etdiyindən öz şah əsəri Möminə Xatun türbəsi üzərindəki kitabədə belə yazmışdı: “Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”.

1186-cı ildə tikilmiş bu gözəl və möhtəşəm məqbərə xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Möminə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. Bundan başqa hazırda Naxçıvanda muzey kimi fəaliyyət göstərən Yusif ibn Küseyir türbəsi və bizə dövrə qədər gəlib çatmayan Atabəylər məscidi (Cümə məscidi) də dahi memarın tikdiyi abidələrdəndir.
İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən, Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəzləyirdi. Məzarlıq hissəsi yerin altında olan bu tikililərin, yerüstü hissəsi bəzən 30 metrə qədər yüksələrək, öz gözəlliyi və məzmunu ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.
Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdu. Tədqiqatçılar hətta ondan 300 il sonra yaşamış böyük Türkiyə memarı Memar Sinanın əsərlərində dahi ustadın təsirini aşkar ediblər.
Əcəmi Naxçıvani memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən həllini

tapmışdı.

.
Bundan başqa Naxçıvandakı tikilmə tarixi 1187-ci il  olan (XII əsr) Atabəylər məscidi də dahi memarın yaradıcılığına aid nümunələrdir. Beləki, Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçurularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.


Qeyd edək ki, Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri