Icma.az
close
up
RU
Tarix yazan millət: Qarabağ Zəfəri Türk millətinin şərəf dastanı!

Tarix yazan millət: Qarabağ Zəfəri Türk millətinin şərəf dastanı!

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Tənzilə Rüstəmxanlı

Millət vəkili

Dünyada çox millətlər var. Amma hər millətə dövlət qurmaq, tarix yaratmaq, dünya tarixinin gedişinə yön vermək nəsib olmur. Elə millətlər var ki, onların adı tarixin səhifələrində keçir, elə millətlər də var ki, tarixin özünü yazır.

Mənim nəzərimdə, tarix yaradan, dövlətlər quran, dünya sivilizasiyasına silinməz izlər qoyan millətlərin önündə Türk milləti dayanır. Dünya tarixindən Türk millətinin tarixini çıxarsaq, bəşəriyyət tarixinin ən möhtəşəm səhifələrinin böyük bir hissəsi boş qalar.

Biz Azərbaycan türkləri də bu böyük millətin ayrılmaz parçasıyıq. Minillik dövlətçilik ənənələrimiz, qəhrəmanlıq tariximiz, azadlıq uğrunda apardığımız mübarizələr milli yaddaşımızın və qürurumuzun ayrılmaz hissəsidir.

Bir millətin tarixində elə günlər olur ki, həmin günlər yalnız keçmişin hadisəsi kimi qalmır, o millətin taleyini, gələcəyini, dünyadakı yerini dəyişir.

8 Noyabr 2020-ci il Azərbaycan xalqının taleyini dəyişən, milli qürurunu özünə qaytaran, tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən gündür.

Qarabağ Zəfəri yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyildi. Bu, illərlə Vətən həsrəti çəkən, doğma yurdundan didərgin düşən, Xocalı faciəsinin ağrısını yaşayan, işğalın ağır nəticələrinə məruz qalan bir xalqın ləyaqətinin, milli iradəsinin və ədalət uğrunda mübarizəsinin qələbəsi idi.

Biz uzun illər dünyaya dərdimizi anlatmağa çalışdıq. Xocalı həqiqətlərini beynəlxalq tribunalarda, universitetlərdə, konfranslarda dilə gətirdik. İşğal edilmiş torpaqlarımızdan, dağıdılmış yurdlarımızdan, Vətən həsrəti ilə dünyasını dəyişən insanlarımızdan danışdıq.

Mən də ömrümün böyük bir hissəsində bu həqiqətləri dünyaya çatdırmağa çalışan insanlardan biri olmuşam. Bəzən dinlədilər, bəzən susdular, bəzən də ədalətsizliyə göz yumdular. Amma biz heç zaman inanmadıq ki, bu işğal əbədi davam edəcək.

Çünki tarix boyu dövlətlər qurmuş, azadlığı uğrunda mübarizə aparmış bir millət öz torpağının işğalı ilə əbədi barışa bilməzdi.

Və o gün gəldi!

Azərbaycan xalqı 44 gün ərzində yalnız hərbi qələbə qazanmadı. O, onilliklər boyu içində daşıdığı ağrını, həsrəti və sınmayan ümidini böyük bir milli iradəyə çevirdi.

Hər millətə öz qəhrəmanlıq dastanını yazmaq nəsib olmur. Azərbaycan xalqı isə bu dastanı öz qanı, canı, iradəsi və qəhrəmanlığı ilə yazdı.

Bu tarixi Zəfərin qazanılmasında müasir Azərbaycan dövlətinin gücləndirilməsi, qüdrətli ordunun yaradılması və uzun illər ərzində aparılan məqsədyönlü dövlət siyasəti həlledici rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın iradəsini, dövlətin gücünü və ordunun qüdrətini vahid məqsəd ətrafında birləşdirərək adını tariximizə Zəfər qazanan dövlət başçısı kimi yazdırdı.

Bu gün Azərbaycan qalib xalqın dövlətidir. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Biz artıq dünyaya yalnız çəkdiyimiz faciələrdən deyil, qazandığımız Qələbədən də danışırıq.

Prezident İlham Əliyevin bu Zəfəri ləyaqətli qələbə kimi dəyərləndirməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki qələbə qazanmaq böyük hadisədir, amma onu ləyaqətlə qazanmaq və ləyaqətlə daşımaq daha böyük mənəvi məsuliyyətdir.

Bu Zəfərin tarixində heç zaman unudulmamalı olan başqa bir həqiqət də var: Azərbaycanın ən çətin günlərində yanında dayanan qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi.

Mən həyatda bir həqiqəti öz şəxsi təcrübəmdən öyrənmişəm. İnsan ən ağır mübarizəyə girəndə arxasında güvənə biləcəyi bir qüvvənin olduğunu bilmək istəyir.

Mənim həyatımda o güvən yeri hər zaman həyat yoldaşım Sabir Rüstəmxanlı olub. Hansı mübarizənin içində olmuşamsa, hansı çətinliklə qarşılaşmışamsa, onun mənə söylədiyi bir söz böyük mənəvi güc verib:

“Mən buradayam. Yanındayam. Arxandayam!”

Bəzən insanın güclənməsi üçün bundan böyük dəstəyə ehtiyacı olmur.

Mən Türkiyənin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyi məhz bu duyğu ilə müqayisə edirəm.

Qardaş Türkiyə bütün dünyaya açıq şəkildə bildirdi:

“Azərbaycanın yanındayıq!”

Bu sözlərin mənəvi gücünü ölçmək mümkün deyil. Türkiyə dövləti, Prezidenti Rəcəb Tayyib Ərdoğan, siyasi rəhbərliyi və yeddidən yetmişə milyonlarla türk insanı Azərbaycanın haqq mübarizəsinə dəstək verdi.

O günlərdə bir daha gördük ki, qardaşlıq yalnız xoş günlərdə bir-birini təbrik etmək deyil. Əsl qardaşlıq ən çətin anda, gələcəyin necə olacağının bilinmədiyi günlərdə bir-birinin yanında dayanmaqdır.

Türkiyə məhz bunu etdi!

Əlbəttə, Azərbaycanın haqq mövqeyini dəstəkləyən Pakistanın, müharibə dövründə mühüm hərbi-texniki əməkdaşlıq etdiyimiz İsrailin və digər dostlarımızın xidmətlərini də unutmaq olmaz.

Tarix yalnız döyüş meydanında kimin qalib gəldiyini yazmır. Tarix həm də ən çətin gündə kimin yanında dayandığını, kimin susduğunu, kimin ədalətin yanında, kimin isə ona qarşı mövqe tutduğunu yadda saxlayır.

Biz dostlarımızı da, qardaşlarımızı da unutmayacağıq. Ədalətsizliyə göz yumanları, dost görünərək başqa mövqe tutanları da tarix öz yaddaşında saxlayacaq.

Çünki millətlərin yaddaşı bəzən zamanın tozu altında qalsa da, böyük tarixi həqiqətlər heç zaman yox olmur.

Qarabağ Zəfəri yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur duyduğu tarixi hadisədir.

1453-cü ildə Sultan II Mehmedin rəhbərliyi ilə İstanbulun fəthi dünya tarixində yeni bir səhifə açmışdı. 2020-ci ildə isə Azərbaycan Ordusunun Şuşanı azad etməsi bizim yaxın tariximizdə milli qürurun və dövlətçilik iradəsinin rəmzinə çevrildi.

Bu iki hadisə fərqli dövrlərə, fərqli tarixi şəraitə aiddir. Amma onları birləşdirən böyük mənəvi həqiqət var: Türk millətinin dövlətçilik iradəsi, mübarizə əzmi və tarix yaratmaq qüdrəti.

Fatih Sultan Mehmedin böyük dövlətçilik irsi ilə fəxr etdiyimiz kimi, bu gün də Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı Qarabağ Zəfəri ilə qürur duyuruq.

Şuşanın azad edilməsi yalnız bir şəhərin azadlığı deyildi. Şuşa bizim milli ruhumuzun, mədəniyyətimizin, tarixi yaddaşımızın rəmzidir. Şuşa azad ediləndə sanki illərlə ürəyimizdə düyünlənmiş bir ağrı açıldı. Azərbaycan xalqı öz tarixi ləyaqətinə qovuşdu.

Bu Zəfəri gələcək nəsillərə anlatmaq bizim tarixi borcumuzdur.

Biz 44 günlük Vətən müharibəsini yalnız hərbi əməliyyatların tarixi kimi deyil, bir millətin birlik, əzm, fədakarlıq və dövlətçilik dərsi kimi öyrənməli və öyrətməliyik.

Unutmamalıyıq və unutdurmamalıyıq!

Çünki torpağı azad etmək qəhrəmanlıqdır, o torpağı qorumaq böyük məsuliyyətdir. Zəfər qazanmaq tarix yaratmaqdır, o Zəfərin mənasını gələcək nəsillərə çatdırmaq isə milli yaddaşı yaşatmaqdır.

Bu gün böyük ehtiramla şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm.

Bu Zəfərin ən uca zirvəsində onların fədakarlığı dayanır. Bu torpaq uğrunda canından keçən hər bir şəhidimizin adı Azərbaycan tarixinin şərəf səhifələrinə əbədi həkk olunub.

Qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, analarımızın duaları, xalqımızın birliyi bu möhtəşəm Qələbənin ayrılmaz parçalarıdır.

Bu gün bir daha əminliklə deyirəm:

Azərbaycan xalqı yalnız tarixi olan xalq deyil, tarix yaradan xalqdır!

Bizim tariximizdə ağır günlər, itkilər, faciələr olub. Amma bu millətin iradəsini sındırmaq mümkün olmayıb.

Biz əsrlərin sınağından keçmişik. Dövlətlər qurmuşuq, dövlətlər itirmişik, yenidən ayağa qalxmışıq. Və nəhayət, müstəqil Azərbaycan dövlətinin qüdrəti ilə öz tariximizin ən möhtəşəm Zəfərlərindən birini qazanmışıq.

İndi bizim vəzifəmiz bu Zəfərin üzərində daha güclü, daha firavan, daha ədalətli Azərbaycan qurmaq, onun müstəqilliyini və suverenliyini əbədi yaşatmaqdır.

Çünki dövlətlərin böyüklüyü yalnız qazandığı müharibələrlə deyil, o qələbədən sonra qurduğu gələcəklə də ölçülür.

Mən inanıram ki, Qarabağ Zəfəri Azərbaycan xalqının gələcək nəsillərinə hər zaman güc, inam və milli qürur verəcək.

Bir millətin tarixində elə Zəfərlər var ki, zaman keçdikcə kiçilmir, əksinə, mənəvi əzəməti daha da böyüyür. Qarabağ Zəfəri məhz belə bir Zəfərdir.

Bu, bizim şərəfimizdir.

Bu, bizim qürurumuzdur.

Bu, bizim gələcək nəsillərə əmanətimizdir.

Zəfərin mübarək olsun, Azərbaycan!

Başın daim uca olsun, mənim qəhrəman xalqım!

Şəhidlərimizin ruhu şad olsun!

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı! Yaşasın Türk dünyasının birliyi!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Noyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri