Icma.az
close
up
RU
Tarixçi alim: Zəngəzur azərbaycan türklərinə aid olan ərazilərdir

Tarixçi alim: Zəngəzur azərbaycan türklərinə aid olan ərazilərdir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq


Azərbaycan və Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu əlaqələrin mühüm istiqamətlərindən biri də enerji əməkdaşlığıdır. 5 mart 2025-ci il tarixində İğdır-Naxçıvan qaz xəttinin açılışı münasibətilə keçirilən mərasim bu əməkdaşlığın növbəti bariz nümunəsidir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezident İlham Əliyev çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, Naxçıvanın tarixi mövqeyi, onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsi və bunun tarixi səbəbləri haqqında danışıb. O, xüsusilə qeyd edib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana birləşdirib və bunun nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən qoparılıb. Bu ədalətsizlik bir əsrdən çox davam edib və Naxçıvanda yaşayan soydaşlarımızın həyatına mənfi təsir göstərib. Prezident, həmçinin, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanı blokadaya alaraq işğal etməyə cəhd göstərdiyini, lakin naxçıvanlıların Heydər Əliyevin rəhbərliyi altında öz torpaqlarını qoruduğunu vurğulayıb.


AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a söyləyib ki, Zəngəzurun bütövlükdə Azərbaycan torpaqları olduğu bir həqiqətdir. Zəngəzur azərbaycan türklərinə aid olan ərazilərdir:


“Tarixə nəzər yetirdikdə Zəngəzur, Naxçıvan, Zəngilan, Qarabağ və digər ərazilərin hamısı Azərbaycan torpaqları kimi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi həmin torpaqların hansı şəkildə Ermənistana hədiyyə edilməsi bəllidir. Bu Ermənistanın sovetləşməsindən sonra baş verən prosesdir. Burada məqsəd bir tərəfdən Ermənistanı geniş şəkildə böyütmək, digər tərəfdən isə türk dünyasının bütövlüyünü pozmaq idi. Məhz həmin proses 1920-ci ilin dekabrın əvvəlində başlayıb. Yəni 1920-ci ilin 27-dən 28-nə keçən gecə Azərbaycan SSR yaranmışdısa, təxminən 5-6 sonra Emrənistan SSR quruldu. Beləliklə dekabrın əvvəlində Qərbi Zəngəzurun  Ermənistan SSR-yə birləşdiriməsi məsələsi ortaya qoyuldu. 1929-cu ildə Mehri şəhərinin Ermənistan SSR-yə verilməsi baş tutdu. Daha sonra isə Mehri rayonunun yaradılması ilə Qərbi Zəngəzur tamamilə Ermənistan SSR-yə birləşdi. Azərbaycan vaxtilə torpaqlarını itirmək məcburiyyətində qaldığı üçün bu gün öz ərazilərini geri istəmək ən təbii haqqıdır. Həmin torpaqlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın qanunla haqqıdır. 1920-ci dekabrından başlayaraq 1930-cu ilə qədər torpaqların Ermənistan SSR-yə birləşdirilməsi bizim həmin ərazilərdən imtina etməyimiz anlamına gəlmir. İlham Əliyevin qeyd etdiyi kimi biz həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu yaxşı bilirik. Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Mart 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri