Icma.az
close
up
RU
Tarixçilər önəmli məsələyə toxundular: Bakıda heykəlləri olan və olmayan dahilərimiz

Tarixçilər önəmli məsələyə toxundular: Bakıda heykəlləri olan və olmayan dahilərimiz

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Tarixçilər önəmli məsələyə toxundular: Bakıda heykəlləri olan və olmayan dahilərimiz

Azərbaycan tarix boyu özünün görkəmli qəhrəmanları, işğalçılara qarşı azadlıq mübarizəsinə qalxaraq düşmənlə döyüşdə böyük igidliklər göstərən, bu yolda şirin canlarından keçən və adlarını müstəqillik tariximizə qızıl hərflərlə yazdıran sərkərdələri, dünya şöhrətli siyasətçiləri, diplomatları, elm, incəsənət xadimləri ilə məşhur olub. Bu insanların hər biri isə xalqımızın qəlbində özlərinə əbədiyyət heykəli ucaldıblar. Hətta rusların qəddar bolşevik sistemi — "xalqlar həbsxanası" üzərində qurulan SSRİ adlı işğalçı rejim belə həmin qəhrəmanların şərəfinə Bakıda və respublikamızın müxtəlif yerlərində heykəllər ucaldılmasının qarşısını ala bilmədi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra paytaxtımızda xalqımızın tarixində özünəməxsus şərəfli iz buraxan dünya şöhrətli dahilərimizin yeni heykəlləri ucaldılmağa başladıldı. Bu baxımdan xalqımızın qan yaddaşına əbədi həkk olunan dahilərimizin paytaxtımız Bakıdakı abidələri ilə bağlı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev ictimaiyyətimiz, o cümlədən tarixsevərlərimiz üçün maraqlı araşdırma aparıblar. Bu müstəvidə də onlar gələcəyimizin qurucuları olan gənclərin, eyni zamanda orta və yaşlı nəslin diqqətini yenidən dünya şöhrətli dahilərimizə cəlb edərək paytaxtımızda onlara olan hörmət və məhəbbətin daha bir gözəl nümunəsini xatırladıblar.

Əlbəttə, bunu böyük tarixçi alim, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun yetirmələri olan Nazim Xəlilov və Elnur Nəciyev tərəfindən günümüzdə aparılan olduqca uğurlu bir araşdırma hesab etmək olar. Çünki bizim gələcəyimiz, müstəqilliyimizin əbədi və həmişəyaşar olması ilk növbədə parlaq tarixi keçmişimizi unutmamaqdan, müstəqillik fədailərimizin xatirəsini əbədi yaşatmaqdan asılıdır. Məhz bu baxımdan hər iki tarixçinin günümüz və gələcəyimiz üçün olduqca önəmli olan araşdırmaları diqqətəlayiq hadisələrdəndir. Məsələ ilə bağlı Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmasında bu gün Bakıda heykəlləri ucaldılan dahilərimiz xatırlatnmış, həm də digər elm, incəsənət, siyasət sahəsində dünya şöhrəti qazanan dahilərimizin abidələrinin ucaldılmasına ehtiyac duyulduğunu bildirmişlər. Çünki dahilərin heykəlləri addımbaşı gənclərimizə, xalqımıza tarixi keçmişini xatırladaraq onlara qəhrəmanlıq, mərdlik, vətənpərvərlik ruhunu aşılayır, təbliğ edir və siyasi, ideoloji baxımdan olduqca güclü təsirə malikdir, əvəzedilməz təbliğat vasitəsidir.

“Sovet dövründə Bakıda bu tarixi şəxsiyyətlərimizə heykəllər ucaldılıb: Mirzə Ələkbər Sabir (1922; 1958-ci ildə tunc abidə ilə əvəzlənib), Mirzə Fətəli Axundzadə (1930), Həzi Aslanov (1949), Nizami Gəncəvi (1949), Xurşidbanu Natəvan (1960), Üzeyir Hacıbəyli (1960), Səməd Vurğun (1961), Məhəmməd Füzuli (1962), Mikayıl Müşfiq (1968), Nəriman Nərimanov (1972), Mehdi Hüseynzadə (1973), İmadəddin Nəsimi (1980), Cəfər Cabbarlı (1982), Həsən bəy Zərdabi (1983) və Əliağa Vahid (1990). Diqqət etsək, görərik ki, N.Nərimanovu çıxmaq şərti ilə o zaman heç bir dövlət xadimimizə heykəl ucaldılmayıb.

Müstəqillik dövründə isə Bakıda Şah İsmayıl Xətainin (1993), Hüseyn Cavidin (1993), Yusif Məmmədəliyevin (1998), Əzim Əzimzadənin (2002), Tofiq Bəhramovun (2004), Heydər Əliyevin (2005), Zivər bəy Əhmədbəyovun (2011), Abbasqulu ağa Bakıxanovun (2011), Fikrət Əmirovun (2011), Koroğlunun (2012), Bülbülün (2012), Dədə Qorqudun (2013), Qara Qarayevin (2014), Rəşid Behbudovun (2016), Niyazinin (2017), Albert Aqarunovun (2019), H acı Zeynalabdin Tağıyevin (2022), Müslüm Maqomayevin (2022) və Aşıq Ələsgərin (2024) heykəlləri qoyulub", - deyə tarixçilər xüsusi vurğulayıblar.

Eyni zamanda tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər ki, dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır. Bununla belə onlar təəssüflə və ürəkyanğısı ilə qeyd ediblər ki, hələ də Bakıda Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin heykəlləri yoxdur.

"Ümid edirik ki, bir gün onların heykəlləri də Bakımızda ucaldılacaq”, - deyə tarixçilər bildiriblər.

Həqiqətən də Nazim Xəlilov və Elnur Nəciyev tariximiz və qan yaddaşımız üçün taleyüklü bir məsələyə diqqəti cəlb ediblər və bizim bütün xalqımız da hər iki tarixçi kimi adları çəkilən dahilərin Bakıda heykəllərinin qoyulacağına ümid edir. Çünki tariximizin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi həm bizim gələcəyimiz, həm də müstəqilliyimizin həmişəyaşar olması üçün xüsusi, taleyüklü önəm daşıyır. Hər iki hörmətli tarixçimizə olduqca önəmli bir məsələyə diqqəti cəlb etdikləri üçün minnətdarlıq edir, onlara bu sahədə yeni-yeni uğurlar arzulayırıq!

Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 21 Avqust 2026 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri