Tarixdə ən gənc Formula 1 çempionu oldu
Milli.az saytına istinadən Icma.az xəbər verir.
"Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli "Formula-1" üzrə dünya çempionatında vaxtından əvvəl titul qazanaraq adını avtoidman tarixinə yazdırıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı sürücünün çempionluğu rəsmiləşdirməsi üçün Meksika Qran-prisini ilk doqquzluqda başa vurması yetərli olub. Antonelli yarışı üçüncü pillədə tamamlayaraq bu hədəfin öhdəsindən gəlib.
Mexikoda təşkil olunan mərhələdə qələbə "Red Bull"un pilotu Maks Ferstappenə qismət olub. "Ferrari"ni təmsil edən Lyuis Hemilton finişə ikinci çatıb. Komandanın digər sürücüsü Şarl Lekler isə dördüncü yeri tutub.
Qeyd edək ki, 2025-ci ildən "Mercedes"də çıxış edən Antonelli mövsüm ərzində doqquz dəfə yarış qalibi olub. O, "Formula-1" tarixinin ən gənc dünya çempionu kimi rekorda imza atıb.
Bundan əvvəl bu göstərici 2010-cu ildə 23 yaşında ilk çempionluğunu qazanan almaniyalı Sebastyan Fettelin adına idi.
Çempionatın növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















