Icma.az
close
up
RU
Tarixdə ən yüksək intellekt səviyyəsi olan qadın necə yaşayır?

Tarixdə ən yüksək intellekt səviyyəsi olan qadın necə yaşayır?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Merilin vos Savant uzun illər dahiliyin simvolu hesab edilən adlardan biri olub. Onun intellekt səviyyəsinin 228 intellekt səviyyəsi balı olduğu göstərilib.

Lent.az dünyanın ən ağıllı qadınlarından biri hesab edilən Merilin vos Savantın həyatının maraqlı məqamalrını təqdim edir.

Uşaqlığı və təhsili

Merilin 1946-cı ildə ABŞ-ın Sent-Luis şəhərində anadan olub. Atası italyan, anası isə Almaniyadan olan mühacirdir. Babaları mədənçi işləyib və ailədə intellektdən daha çox zəhmətkeşlik və intizama dəyər verilib.

Buna baxmayaraq, Merilin kiçik yaşlarından qeyri-adi bacarıqları ilə diqqət çəkib. Onun kitabları yaddaşdan təkrar edə bildiyi, 10 yaşına qədər isə 24 cildlik ensiklopediyanı oxuyub öyrəndiyi bildirilir.

Məktəbdə xüsusi olaraq seçilməyib. Atasının kitab mağazasında işləyib, həvəskar videolar çəkib. Universitetə daxil olsa da, iki ildən sonra təhsilini yarımçıq qoyub. O, alim deyil, jurnalist olmaq istədiyinə qərar verib.

İntellekt səviyyəsi testləri və rekord

1956-cı ildə onun verbal bacarıqları Stanford–Binet testi ilə yoxlanılıb. Nəticə 228 bal olub.

Daha sonra Nyu-Yorkda Ronald Hoeflin hazırladığı Mega Testi verib və burada 186 bal nəticə göstərib. Bu göstərici onun rəsmi olaraq ən yüksək inellekt səviyyəsinə malik şəxslərdən biri kimi tanınmasına kifayət edib.

Lakin 1990-cı ildən etibarən Ginnesin Rekordlar Kitabı bu kateqoriyada rekordları qeydə almağı dayandırıb.

Buna səbəb intellekt səviyyəsi testlərinin müxtəlif metodologiyalara əsaslanması və nəticələrin bir-biri ilə dəqiq müqayisəsinin çətin olması göstərilib.

Monti Holl paradoksu

Merilin vos Savantın adı ən çox Monti Holl paradoksuna verdiyi cavabla məşhurlaşıb.

Oxuculardan biri ondan soruşmuşdu ki, yarışmada üç qapıdan biri seçildikdən sonra aparıcı uduzan qapılardan birini açarsa, ilkin seçimi dəyişmək lazımdırmı?

Merilin cavab vermişdi ki, qapını dəyişmək daha sərfəlidir. Çünki bu halda qalib gəlmək ehtimalı 1/3-dən 2/3-ə yüksəlir.

Bu cavab ciddi mübahisələrə səbəb olub. Hətta bəzi riyaziyyatçılar onun səhv etdiyini iddia ediblər.

Lakin sonradan hesablamalar Merilinin cavabının doğru olduğunu göstərib. İlk baxışdan məntiqsiz görünən nəticə əslində riyazi baxımdan düzgün idi.

Hazırda nə ilə məşğuldur?

Merilin vos Savant uzun illər oxucuların suallarını cavablandırdığı və məntiq tapşırıqlarını həll etdiyi köşə yazıları ilə məşğul olub.

2008-ci ildən etibarən müxtəlif məntiq tapmacaları və intellektual oyunlar hazırlayıb. O, həmçinin təhsil və istedadlı uşaqların inkişafı ilə bağlı müxtəlif təşkilatların fəaliyyətində iştirak edib.

Merilin Manhettendə həyat yoldaşı Robert Jarviklə yaşayır. Robert Jarvik daimi implantasiya edilə bilən süni ürəyin yaradılması ilə bağlı fəaliyyəti ilə tanınır.

Merilin vos Savant indi nə edir?

O, yazıçılıq və publisistik fəaliyyətini davam etdirib, məntiq tapmacaları hazırlayıb və istedadlı uşaqları dəstəkləyən təşkilatların fəaliyyətində iştirak edib.

Merilin vos Savant hazırda həyat yoldaşı ilə Nyu-Yorkda yaşayır.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri