Icma.az
close
up
RU
Tarixdə ilk dəfə biri ermənilər üçün real dövlət qurmağa çalışır Hikmət Babaoğlu

Tarixdə ilk dəfə biri ermənilər üçün real dövlət qurmağa çalışır Hikmət Babaoğlu

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında bildirib ki, keçmişdə ölkə digər dövlətlərin maraqları üçün fəaliyyət göstərib. Hazırda isə Ermənistan öz hesabına və vətəndaşlarının hesabına fəaliyyət göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Paşinyan əslində səsləndirdiyi fikirlərlə Ermənistanın hələ də dövlət kimi mövcud olmamasının, forpost və yaxud böyük dövlətlərin aləti olmasını etiraf edir:

"Paşinyan qeyd edir ki, Ermənistan əvvəlki dövrlərdə başqa dövlətlərin hesabına fəaliyyət göstərib. Yəni bu etiraf həm bugünkü reallığı, həm də dünənki tarixi gerçəkliyi özündə ehtiva edir. Diqqət etsək, görəcəyik ki, nəinki Ermənistan başqa dövlətlərin hesabına fəaliyyət göstərib, hətta erməni xalqı adlandırılan bu xristian icması özü belə fərqli dövlətlərdən köçürülərək, dindaş kimi Azərbaycanın tarixi torpaqlarına yerləşdirilibdir. Ona görə də biz bu gün erməni milli identikliyi deyə bilmirik. Dünya erməniliyi deyəndə isə, ermənilərin dini identikliyi nəzərdə tutulur. Paşinyan da bunların fərqindədir. Mənə elə gəlir ki, Ermənistanda bunun fərqində olan çoxsaylı insanlar var. Sadəcə özlərində cəsarət tapıb bu fikirləri etiraf edə bilmirlər".

Millət vəklinin fikrincə, Paşinyanın real Ermənistan prosesini başlatması çox təhlükəlidir.

"Düzdür, ilk baxışda bu, Ermənistanın müstəqil davranması, qonşularla müstəqil münasibət qurması, "dənizdən-dənizə böyük Ermənistan" ideyasından əl çəkilməsi kimi görünsə də, Paşinyan çox təhlükəli davranır. Tarixdə ilk dəfə biri ermənilər üçün real, ictimai-siyasi əsaslarda dövlət qurmağa çalışır. Yəni, kilsə, din və məzhəb, ya da xarici ölkələrin təşkilatçılığı əsasında mövcud olmuş, yaradılmış süni dövlətdən imtina edir. Ona görə də, Paşinyan hər nə qədər ictimai rəydə fərqli obraza malik olsa da, onun bu cür addımları, doğrudan da bir Ermənistan dövlətinin yaranmasına gətirib çıxara bilər. Ona görə də, mən düşünürəm ki, bu etiraf da elə ona xidmət edir", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri