Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... Foto
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
MİT-in (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi” teleserialının ssenaristlərinin dindirilməsi Türkiyədə onun fəaliyyətini yenidən gündəmə gətirib.
Axar.az xəbər verir ki, bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır.
Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi iddia edilir.
Qeyd edək ki, Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb.
Xatırladaq ki, Kozinoğlu illər sonra "Ergenekon" işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 Sentyabr 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















