Icma.az
close
up
RU
Tarixi mədəniyyət abidələrin təbliğində bələdiyyələrin mühüm rolu ola bilər

Tarixi mədəniyyət abidələrin təbliğində bələdiyyələrin mühüm rolu ola bilər

Icma.az, Azpost saytına istinadən bildirir.

Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” adlı layihəsinin icrasını  davam etdirir”- bu fikirləri adıçəkilən birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.

QHT  rəhbəri bildirib ki, layihə çərçivəsində Qəbələ rayonunda formalaşan altı bələdiyyədə geniş tərkibdə  görüşlərin keçirilməsi başa çatıb.

Qəbələ RİH-in dəstəyi ilə rayonun Qəbələ, Vəndam, Nohurqışlaq, Zarağan, Nic və Mıxlıqovaq bələdiyyələrində keçirilən görüşlərdə adıçəkilən bələdiyyənin sədr və qulluqçuları ilə yanaşı  Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif  Mahmudov,  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi  rəisi Tərxan Tahirli və xidmətin əməkdaşları iştirak ediblər.

Hər bir görüşdə layihə rəhbəri Vüqar Tofiqli (Cəfərov) bələdiyyələrin üzərində düşən məsuliyyət yükündən, bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsindən, bələdiyyələrin üzləşdikləri problemlərdən və onların həlli yollarından danışaraq layihədə nəzərdə tutulmayan Qəbələ bələdiyyələrinin son iyirimi illik fəaliyyətinə həsr olunan hesabatı da təqdim edib. Hesabatda həmçinin Qəbələ rayonunda qedyiyyatda olan və qeydiyyata düşməyən maddi-mədəni irs nümunələrinin siyahısı da  daxil edilib.

Vüqar Tofiqli Qəbələ bələdiyyələrinin ölkə bələdiyyələri sırasında xüsusi çəkiyə sahib olduğunu, o cümlədən Qəbələnin həm də qədim tarixiə sahib olduğunu, məhz bu səbəbdən də rayonda mühafizə olunmalı çoxsaylı mədəni irs nümunələrinin olduğunu qeyd edib. Layihə çərçivəsində aparılan müşahidələr zamanı həm Vəndam, həm də Nic kəndində hətta qeydiyyata düşməyən mədəni irs nümunələrinə bələdiyyə sədrlərinin və dövlət xidməti əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.

Layihə rəhbəri qeyd edib ki, bələdiyyələrin büdcə gəlirləri  imkan vermiş olsa maddi mədəni irs nümunələrinin mühafizəsində Qəbələ bələdiyyələri öz töhflərini verə bilərlər.

İstənilən halda, xüsusən də Vəndam və Nic bələdiyyələri bu işdə aktivliyi ilə seçilsələrdə müəyyən maliyyə məhdudiyyəti bu işi tam şəkildə həyata keçirməyə imkan vermir.

Görüşdə  Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif  Mahmudov  tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini bildirib. Görüləcək  işlər isə müəyyən mənada maliyyə tələb etdiiyndən bələdiyyələr vergi yığımında diqqətlə yanaşmalı, yerli vergi və ödənişlərin məcburi qaydada ödənilməsinin təmin edilməsi, bu məqsədlə müvafiq rayon İcra və probasiya şöbəsinə müraciət edilməsini təmin etməli olduqlarını bildirib.

Görüş zamanı “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə əlaqədar qanun və alt normativ hüquqi aktların ayrı-ayrı müddəaları iştikaçılarla  müzakirə olunub.

Görüşlərdə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi  rəisi Tərxan Tahirli  mövzunun aktual olduğunu və bu işdə Dövlət xitməti tərəfindən ciddi layihələrin icra edildiyini qeyd edib. Xidmət rəisi qeyd edib ki, göründüyü kimi layihənin əsas məqsədi   bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır. Bu işdə sözsüz ki, bəılədiyyələrdə öz töhfələrini verə bilərlər.

Tərxan Tahirli hər br bələdiyyə  ilə əməkdaşlığa, həmçinin bələdiyyələrə hər bir metodik dəstək  göstərməyə hazır olduqlarını qeyd edib.

Sonda layihə rəhbəri dövlət xidmətinin rəsmilərinin, bələdiyyələrin və yerli ictimaiyyətin üzvlərinin iştirakı ilə komissiya yaradılmasını təklif edib. Komissyanın əsas məqsədi  isə qeydiyyata düşməyən abidələrin müəyyən edilməsinə, habelə bu abidələrin qedyiyyata alınması üçün lazımı sənədləşdirmə işlərinə dəstək verilməli olduğunu qeyd edib.
Görüşlərdə iştirak edən bələdiyyələrin sədr və qulluqçuları  mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildiriblər.

Sədr bildirib ki, layihə çəçivəsində  Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar öz əksini tapacaq.  Hazırlanacaq sosial çarx  müasir texnologiyaların imkanlarından istifadə edərək  internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaqdır.

Sədr yekunda qeyd edib ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctmaİ birliyi  layihə çərçivəsində nəzərdə tutulan işləri  vaxtında və layiqincə həyata keçirməklə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin göstərdiyi etimadı doğruldacaq.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 İyul 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri