Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İrəvana risk edib getmişdim Azərbaycanlı bloger

İrəvana risk edib getmişdim Azərbaycanlı bloger

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanda heç kəs mənim təhlükəsizliyimə zəmanət verməmişdi. İrəvana risk edib getmişdim”.

Axşam.az xəbər verir ki, bunu APA-ya müsahibəsində bu yaxınlarda Ermənistana səfər edən Rusiyada yaşayan azərbaycanlı bloger Turab Zeynalov bildirib.

Moskvada yaşayan azərbaycanlı bloger bu ilin sentyabr ayında Ermənistanda səfərdə olub. Erməni dostları ilə birlikdə Moskvadan İrəvana uçan həmyerlimizi “Zvarnotst” hava limanında 3 saat sorğu-sual ediblər. Yaxın rəfiqəsinin toy mərasimində iştirak məqsədi ilə İrəvana getdiyini bildirən Zeynalov Ermənistanda 10 gün qaldığını bildirib.

“Mənim yaxın rəfiqəm var. O, ermənidir. Məni toyuna dəvət eləmişdi. Bilmirdim, gedim, getməyim. Çünki sərhəddən buraxılmamaq ehtimalım var idi. Lakin sonda qərara gəldik ki, gedim. Dostlarımla birgə Moskvadan İrəvana uçduq, aeroportda pasport nəzarətinə yaxınlaşdıq. Sərhədçi mənə baxdı, sonra pasportda ad və soyadıma baxdı. Mənim soyadımın sonluğu “oğlu” deyil, “viç”lə bitir. Məndən milliyyətimi soruşdu. Dedim azərbaycanlıyam. Onun gözlərində qorxu yarandı. Pasportumu mənə qaytardı və bir az gözləməli olduğumu dedi. Məni başqa bir otağa apardılar. Orada Azərbaycanda sonuncu dəfə nə vaxt olmağım, Ermənistana nə məqsədlə gəldiyim barədə suallar yazılmışdı. Anketi doldurdum. Mənə pis davranmadılar. Elə alındı ki, məni sərhəddən buraxdılar. Düşünürdüm ki, əgər məni buraxsalar, birinci olacağam, buraxmasalar da, onda digərləri anlayardı ki, Ermənistana getməyə dəyməz” deyə, həmyerlimiz bildirib.

Turab Zeynalov qeyd edib ki, polis onu aeroportdan çıxana qədər müşayiət eləyib: "Bizi hava limanından çıxanda dostumun əmisi qarşıladı. Bu zaman mən dostumun əmisi ilə erməni dilində bir az söhbətləşdik. Erməni dilini bir az bilirəm. Erməni polis mənim erməni dilində danışmağımdan təəccübləndi”.

Rusiya vətəndaşı olan azərbaycanlı bloger İrəvanda ona yaxşı münasibət sərgiləndiyini bildirib: “İnsanlar mənim azərbaycanlı olduğumu biləndə çox yaxşı münasibət bəslədilər. Biz dostlarımla hara gedirdiksə, dostlarım oradakılara mənim azərbaycanlı olduğumu deyirdilər. Əlbəttə ki, bizi istəməyənlər də var. Bunu mənim “Youtube”də yerləşdirdiyim videomateriala yazılan şərhlərdə də görmək mümkündür".

Zeynalov eyni zamanda valideynlərinin onun Ermənistana getməsinin əleyhinə olduqlarını deyib.

“Qohumlarım mənim Ermənistanda getməyimi istəmirdilər. Onlar qorxurdular. Valideynlərim də qorxurdu. Lakin məni dəstəklədilər. Erməni dostlarım da Bakıya getmək istəyir. Biz bunu müzakirə edirik. Lakin onlar da eynən mənim kimi çəkinirlər. Necə ki, mən İrəvana gedib-getməməklə bağlı çox götür-qoy etdim. İstəyərəm onları Bakıya aparım, lakin onların təhlükəsizliyinə zəmanət verə bilmərəm. Necə ki, onlar mənim təhlükəsizliyimə İrəvanda zəmanət verməmişdilər. Mən risk edib İrəvana getdim” deyə, bloger əlavə edib.

Azərbaycanlı bloger İrəvan şəhəri barədə təəssüratlarını da bölüşüb: “İrəvanın küçələri Bakıya çox bənzəyirdi. Misal üçün İrəvanda Puşkin küçəsinə baxırdın, sanki Bakıda “28 May” tərəfdəsən. Bəzi məhəllələr sanki Bakının Əhmədli qəsəbəsini xatırladırdı. İrəvan Bakıya çox bənzəyir. Bunu ancaq hər iki şəhərdə olanlar anlaya bilər. Gözəl şəhərdir. Çox bəyəndim. İrəvanda hər yerə piyada getmək olur, bu çox yaxşıdır. Haradasa İrəvanda 10 gün qaldım. Mən əslində Ermənistanın başqa regionlarına, Dilicana, İcevana da getmək istəyirdim. Lakin dostlarım xəstələndi, ona görə də, bu alınmadı. İrəvandan ayrılanda kövrəldim. Ora yenə getmək istəyərdim”.

Qeyd edək ki, əslən Ağdamın Kəngərli kəndindən olan Turab Zeynalov Moskvada doğulub, böyüdüyünü deyir. O, burada beynəlmiləl dostluğun olduğunu, milli məsələnin ikinci planda qaldığını bildirir. Ümid edir ki, Azərbaycanla Ermənistan arasında sülh sadə insanlar arasındakı münasibətlərə daha müsbət təsir edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Noyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri