Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Tarixi səfər: “Bu, Cənubi Qafqazda sabitliyin dönüş nöqtəsinə çevriləcək”

Tarixi səfər: “Bu, Cənubi Qafqazda sabitliyin dönüş nöqtəsinə çevriləcək”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan lideri İlham Əliyevin Birləşmiş Ştatlara gözlənilən səfəri təkcə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yeni mərhələyə keçməsi baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik müstəvisində böyük strateji əhəmiyyət daşıyır”. 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra Bakı–Vaşinqton münasibətlərində yeni dinamika formalaşmaqdadır:

“Bayden administrasiyası dövründəki gərginlikdən fərqli olaraq, hazırda qarşılıqlı etimad və siyasi dialoq mühiti hökm sürür. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin yenidən dirçəldiyinin və tərəflər arasında strateji əməkdaşlığın genişləndiyinin əyani göstəricisidir”.

Deputat səfərin əsas gündəliyinin iki əsas istiqamət təşkil etdiyini bildirib: 

“Birincisi, Azərbaycan və ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləridir.

ABŞ Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat layihələrində vacib tərəfdaşlarından biri olaraq qalır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması kimi fundamental məsələlərin də səfər çərçivəsində müzakirə olunması gözlənilir. Bu dəhliz yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də region dövlətlərinin və beynəlxalq tərəfdaşların iqtisadi təhlükəsizliyinə xidmət edir.

İkinci mühüm istiqamət isə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi məsələsidir. Vətən müharibəsində qazandığımız tarixi qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. 

Prezident İlham Əliyev məhz bu yeni reallıqlara əsaslanaraq, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ədalətli və hüquqa əsaslanan “5 prinsip” təklif edib. Bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və Azərbaycan bu gündəliyi uğurla sona çatdırmağa yaxındır”.

S.Salmanova onu da əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında konkret, hüquqa əsaslanan tələblər irəli sürüb:

“Bunlara Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması daxildir. Bu tələblər beynəlxalq hüququn prinsiplərinə əsaslanır və sülhün real əsaslar üzərində qurulmasına yönəlib.

Hesab edirəm ki, liderlərin ABŞ-dəki görüşündə bu məsələlərin diqqət mərkəzində olması Ermənistanın prosesi süni şəkildə ləngitməsinin qarşısını ala bilər”.

Parlamentari sonda qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə gözlənilən səfəri Azərbaycan diplomatiyasının növbəti strateji uğuru olacaq:

“Səfər nəticəsində sülh prosesi üzrə konkret irəliləyişin əldə edilməsi və Zəngəzur dəhlizi üzrə beynəlxalq koordinasiyanın güclənməsi gözlənilir. Bu səfər eyni zamanda, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq arenada qəbul olunduğunu bir daha təsdiqləyəcək. İnanıram ki, bu tarixi səfər Cənubi Qafqazda sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi üçün dönüş nöqtəsinə çevriləcək”.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri