Icma.az
close
up
RU
Tarixi şəhərə tarixi baxış: Bakım mənim!

Tarixi şəhərə tarixi baxış: Bakım mənim!

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bakı kəndləri”. Bu söz birləşməsi işlədildikdə Azərbaycanın paytaxtı Bakı şəhərinin ətrafında yerləşən tarixi və mədəni cəhətdən zəngin kəndləri nəzərdə tutulur. Bu kəndlərin hər biri özünəməxsus xüsusiyyətləri, adət-ənənələri, qədim abidələri və sadalanacaq bir çox üstün xüsusiyyətlərilə tanınır. Hər bir bölgənin özünəməxsus adət-ənənələri və ləhçəsi vardır. Bu mənada Bakı kəndləri də şirin ləhcəsi, köklü adət-ənənələri baxımından fərqlənir. Ümumiyyətlə, Bakı ləhcəsi dedikdə, ilk ağlımıza gələn və gənc olmasına baxmayaraq işində peşəkar olan, ömrünün xeyli hissəsini milli-mənəvi dəyərlərin qorunması, yaşadılmasına həsr edən tədqiqatçı, sənətşünas Səyavuş Əlizadənin artıq dördüncü dəfə nəşr olunan "Bakılı belə danışır - Bakı Ləhcəsi" kitabı yada düşür. 

Burada unudulmaqda olan Bakı leksikonuna aid sözlər toplanmışdır. Kitaba yazılan "Ön söz əvəzi" başlıqlı yazıda prof. Rəfiqə Mustafayeva və 124 saylı orta məktəbin müəllimi Utarida Əsədullayeva müəllifin zəhmətini qiymətləndirərək qeyd edir ki, "Dialektologiya Azərbaycan dilçiliyində ən az işlənmiş sahələrdən biridir. Halbuki dialektlər Azərbaycan ədəbi dilinin formalaşmasında çox mühüm rol oynamış və oynamaqdadır..." 

Düşünürəm ki, bu məqamda kitabdan oxucular üçün də maraqlı və faydalı olacaq bəzi ifadələri göstərməyimiz yerinə düşər: "Ağəz - qadına olan müraciət", "Alabobat - orta, bir təhər", "Avaraquli - işsiz, boş-boş gəzən", "Babət // Bobat - növ, cür, tərz" "Cımcığlamaq - çimdikləmək", "Mərcanquli - balıqqulağı, çınqıl", "Mişqozəmmə - incik düşmək" və s. və i. Həqiqətən də müəllifin fədakarlığını hər səhifədə gördükcə "Bakılı belə danışır - Bakı Ləhcəsi" kitabı haqqında İlqar Fəhminin fikirləri yada düşür. O yazır ki, "...Sanki bu gün yavaş-yavaş əriyib itməkdə olan Bakı-Abşeron mikromədəniyyətinin ən aparıcı lokomotivi kimi məhz Bakı ləhcəsini seçib və bu ləhcənin kəlmələrindən ibarət bir ekspozisiya yaradıb gələcək nəsillər üçün yadigar qoyur".

Xalq Yazıçımız Qılman İlkinin "gənc bir diyarşünas" adlandırdığı Səyavuş Əlizadə dahi Füzuli demiş, "qeyb niqabından rüxsarını göstər"ən və Tanrıdan gələn, elə Tanrıya ismarlanan, bir zamanlar xalq dilində işlək olub, sonradan "qeybə çəkilən" sözləri yenidən insanlara çatdırır, ərsəyə gətirəcək kitabına "yığırdı". Üstəlik də bu işi görə-görə coğrafi əraziyə aid abidələrin tarixini öyrənir, xalq sənətkarlığı nümunələrini toplayır, qoruyur, təbliğ edir və yaşadan kolleksiyaçı kimi çalışırdı (Bax: "Badi Kubədə söz mehi", Əməkdar jurnalist Qərənfil Dünyamin qızı, Əsgər İsmayılov). 

Bakı çoxsaylı kəndlərdən ibarətdir. Hər bir kəndin fərqli memarlıq abidələri, səfalı iqlimi, qədim tikililəri, kənd təsərrüfatı, çimərlik zonaları, pirlər və məscidlərilə məşhurdur. Bundan əlavə olaraq milli adət-ənənəyə əsasən bayramlar, toy mərasimləri keçirilir. Novruz bayramı Bakı kəndlərində daha çox qeyd olunur, bundan əlavə olaraq isə Toydan öncə "Xınayaxtı” mərassimi qeyd edilir, gəlinə təriflər söylənilir, xına yaxılır, cehiz düzülməsi isə gəlinin ailəsi tərəfindən xüsusi mərasimlə təqdim olunur. Keçmişdə Bakı kəndlərində qadınlar ipəkdən tikilmiş milli paltarlar geyinər, kişilər isə arxalıq, çuxa və papaqdan istifadə edərdilər. Xüsusilə toy və bayram mərasimlərində bu geyimlərdən istifadə edilirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Bakı kəndlərinin ləhcələri Azərbaycan dilinin zəngin dialekt və şivə müxtəlifliyinin bir hissəsidir. Hər kəndin özünəməxsus danışıq tərzi olsa da, ümumilikdə Bakı kəndlərinin ləhcələri bir-birinə yaxın xüsusiyyətlərə malikdir. Bu ləhcələr əsasən fonetika, leksika və qrammatik xüsusiyyətlərdə fərqlənir. Bakı Kəndləri arasında bir neçə kənd var ki, "Tat” dilindən istifadə edirlər. Bu tat dilinin daha çox işləndiyi kəndlərimizdən biri isə nefti ilə tarixə səs salan, ziyalıları özündə birləşdirən, Balaxanı kəndidir. Balaxanı kəndi də tarixi olaraq Tat icmalarının yaşadığı yerlərdən biridir. Bu kənddə Tat dili çox qədimdən mövcuddur və kəndin yaşlı sakinləri arasında bu dil hələ də istifadə edilir. Lakin müasir dövrdə Tat dilinin aktiv istifadəsi azalıb, çünki Azərbaycan dili daha geniş ünsiyyət vasitəsinə çevrilib. Bununla belə, Balaxanıda bəzi qədim Tat sözləri və ifadələri hələ də xalq arasında danışıqda qorunub saxlanır. Balaxanı sakinləri Tat dilini qorumaq üçün əsasən ailə daxilində və məişət söhbətlərində istifadə edirlər. Toy, yas və ya bayram kimi ənənəvi tədbirlərdə Tat dilinə aid qədim ifadələrdən və mahnılardan istifadə olunur. Lakin gənc nəsil arasında Tat dilinə maraq azalmaqdadır, çünki Azərbaycan dili gündəlik ünsiyyətdə dominantdır. Sadəcə olaraq etnik dəyərlərin unudulmaması üçün yerli əhali öz aralarında ünsiyyət zamanı istifadə edir. 

Bu sadaladığım məqamlar tədqiqatçı Səyavuş Əlizadənin peşəkar və ən əsas da canyanğısı ilə gördüyü fəaliyyətinə hörmət əlaməti kimi və yazının müəllifi olaraq bu işlərin nə dərəcədə çətin mərhələ, vacib proses olduğu üçündür. Onu da deyim ki, "Bakılı belə danışır - Bakı Ləhcəsi" kitabında əsasən Şağan şivəsi üstünlük təşkil edir. Ümumilikdə isə Bakı kəndlərinin leksikonunu Səyavuş Əlizadə həvəskarlıqdan daha çox peşəkar dialektoloq kimi kitabda toplamışdır. Xalqımızın tarixi isə onun "Xəzər" muzeyində yaşamaqdadır...

Fatimə Əzizli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri