Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tarixi, təbiəti və sənəti ilə şöhrət qazanan Lahıc

Tarixi, təbiəti və sənəti ilə şöhrət qazanan Lahıc

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı, 14 avqust, Rəşad Türkoğlu, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: İsmayıllı rayonunun Lahıc qəsəbəsi.

Lahıca getmək üçün Muğanlı–İsmayıllı yolundan ayrılıb bir qədər ensiz, amma asfalt dağ yoluna daxil olursunuz. Hiss edirsən ki, bu yol səni təkcə bir kəndə deyil, həm də başqa bir tarixə aparır. Hələ Lahıca çatmamış sizi dağları birləşdirən asma piyada körpüsü qarşılayır. Burada dayanıb şəkil çəkdirmək, çayın şırıltısına qulaq asmaq, təbiətin nəfəsini hiss etmək hər bir turist üçün unudulmaz məqama çevrilir.

Sonra maşınla hərəkət edərək, qayaların arasından keçən enişli-yoxuşlu, döngəli dağ yolu ilə irəliləyirsiniz. Ətraf sanki bir nağıl kimidir – iri qayalar, dağların əzəmətli görüntüsü, yaşıllıqlar, çayın şırıltısı...

Sonda sizi Lahıc qəsəbəsi qarşılayır… Lahıc elə ilk baxışdan qeyri-adi memarlığı ilə insanı özünə cəlb edir. Onun küçələri Girdiman çayının ağ daşlarından salınıb. İki və üç mərtəbəli evlər də bu daşlardan tikilib. Qəsəbənin kanalizasiya sistemi min ildən çoxdur mövcuddur və buranın ayrıca su təchizatı sistemi var.

Turistləri buraya cəlb edən yalnız onun tarixi, qeyri-adi memarlığı və gözəl təbiəti deyil, həmçinin bu qəsəbənin Orta əsrlərdən bəri Qafqazda sənət-ticarət mərkəzi olmasıdır. Burada misgərlər, papaqçılar, dabbaqçılar, xalçaçılar qədim sənətləri yaşadır, əl işlərini həm yerli, həm də xarici turistlərə təqdim edirlər. Əbəs yerə deyilmir ki, hər çəkic zərbəsində bir zamanın səsi var, hər ilmə toxunuşunda bir xalqın yaddaşı.

Yeri gəlmişkən, Dövlət Tarix-Mədəniyyət Qoruğu olan Lahıcın misgərlik sənəti 2015-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin mədəni dəyərləri sırasında Lahıc sənətinin tanınması deməkdir.

Bakıdan 180, rayon mərkəzindən isə 37 kilometr məsafədə olan Lahıc Böyük Qafqaz dağlarının ətəklərində, Girdiman çayının sol sahilində, dəniz səviyyəsindən 1375 metr yüksəklikdə, Hovdağ və Niyaldağ dağ silsilələri arasında yerləşir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin tərkib hissəsidir. Hündürlüyü 1700 metrə çatır. Dağın yolu əsasən dar cığırlardan ibarətdir. Bir qədər təhlükəli olsa da, ilboyu buraya maşınla qalxmaq mümkündür.

Əgər mən turist olsaydım, yolumu mütləq Lahıca salardım, çünki bu qəsəbə təkcə gözəlliyi ilə deyil, tarix və sənət dolu nəfəsi ilə də fərqlənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri