Icma.az
close
up
RU
Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Uşaqların və gənclərin milli musiqi alətlərinə marağını artırmaq üçün məqsədyönlü və davamlı maarifləndirmə işi aparılmalıdır. İlk növbədə, uşaqları erkən yaşlardan milli musiqi ilə tanış etmək, məktəblərdə canlı ifalar, musiqi təqdimatları və maarifləndirici görüşlər təşkil etmək vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Mehman Nəcəfov deyib.

O bildirib ki, milli musiqi alətlərinin təbliğində müasir vasitələrdən də istifadə olunmalıdır. “Milli musiqi alətlərini yalnız keçmişimizin bir hissəsi kimi təqdim etməməliyik. Balaban, kamança və digər alətlərimiz bu gün də yaşadılan, inkişaf etdirilən və gələcək nəsillərə ötürülən musiqi irsimizdir. Gənclər bu irslə yaxından tanış olduqca milli musiqiyə maraqları da artır”, – deyə M.Nəcəfov vurğulayıb.

Balaban və kamançada ifa etməyi öyrənmək üçün musiqi duyumu və eşitmə qabiliyyətinin vacibliyindən danışan müəllim qeyd edib ki, ifaçı səslərin hündürlüyünü fərqləndirməyi, melodiyanı yadda saxlamağı, ritmi hiss etməyi və səslər arasındakı əlaqəni anlamağı bacarmalıdır. Balaban ifaçılığında nəfəsin düzgün bölüşdürülməsi və səsin keyfiyyətinin qorunması, kamançada isə simlər üzərində düzgün səs əldə edilməsi, intonasiyanın saxlanılması və yayın hərəkətinin idarə olunması xüsusi diqqət tələb edir.

“İfaçılıq müəyyən istedad tələb edir, lakin davamlı əmək, səbir və düzgün tədris olmadan istedad da kifayət etmir. Müəllimin əsas vəzifəsi şagirdin mövcud bacarıqlarını qiymətləndirməklə yanaşı, onun inkişafına dəstək olmaqdır. Uşaqlarda musiqiyə marağı qorumaq və özlərinə inamı artırmaq da bu prosesin mühüm hissəsidir”, – deyə M.Nəcəfov əlavə edib.

M.Nəcəfovun fikrincə, milli və xalq musiqisi konsertlərinə gənclərin marağını artırmaq üçün musiqimizi onlara daha yaxından tanıtmaq və dinləyici ilə ifa arasında əlaqə yaratmaq lazımdır. Bu iş yalnız konsert salonları ilə məhdudlaşmamalı, təhsil müəssisələrində, sosial şəbəkələrdə və müxtəlif mədəni layihələr çərçivəsində də davam etdirilməlidir.

Müxbir – Günel Alıyeva

Foto – Xanlar Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see359

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see314

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see286

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see281

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see276

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see272

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see262

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see250

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see248

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see234

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see233

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see229

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see228

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see223

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see217

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see215

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see213

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see201

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see194

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri