Tarixi transfer! Nəriman Axundzadədən Vəli Qasımovadək SİYAHI
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin ABŞ-ın ABŞ-nin "Kolumbus Kru" klubuna transferi Azərbaycan futbolunun tarixinə düşüb. Sport24.az "Transfermarkt"ə istinadən xəbər verir ki, hücumçu ölkənin milli komandasının formasını geyinənlər arasında ən çox ödəniş edilmiş oyunçudur.
İddiaya görə, MLS təmsilçisi 21 yaşlı yığma üzvünə görə 2,5 milyon avrosundan keçib.
Axundzadə 2016-2017-ci illərdə millidə 2 matça çıxan Türkiyə əsilli Dəniz Yılmazı geridə qoyub. "Trabzonspor" 2014-cü ildə Deniz üçün "Elazığspor"a 1.8 milyon avro ödəyib.
"3-lüy"ü "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda qapayır. "Köhlən atlar" braziliyalı futbolçuya görə "Santo Andre"yə 2012-ci ilsə 1,28 milyon avro verib.
Dördünce yerdə 1997-ci ildə yığmada debüt etmiş Narvik Sirkhayev qərarlaşıb. 2001-ci ildə Rusiya "Lokomotiv"i oyunçu üçün "Anji"yə 1 milyon avro ödəniş edib.
Azərbaycan millisinin hazırkı qapıçısı Şahrudi Məhəmmədəliyev beşincidir. "Adana Demirspor" qolkiperi 2023-cü ildə 900 min avro qarşılığında heyətinə qatmışdı.
Ramil Şeydayev 2023-cü ildə "Buriram Yunayted"dən "Kocaelispor"a 800 min avroya, Vəli Qasımov 1992-ci ildə Moskva "Dinamo"sundan "Betis"ə 600 min avroya, Anton Krivotsyuk 2022-ci ildə "Visla Plock"dan "Daejeon Hana" klununa 600 min avroya, Musa Qurbanlı 2023-cü ildə "Qarabağ"dan "Dyuqarden"ə 500 min avroya keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 11 Fevral 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















