Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Nəriman Axundzadədən “Kolambus Kryu”da gözləntilər nələrdir? in İCMALI

Nəriman Axundzadədən “Kolambus Kryu”da gözləntilər nələrdir? in İCMALI

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Nəriman Axundzadə MLS-də uyğunlaşma prosesini davam etdirir. Hücumçu ABŞ-nin futbol reallığına və “Kolambus Kryu” klubuna tədricən alışır, klubda isə artıq onun böyük potensialından və komandanın gələcəyində mühüm rol oynaya biləcəyindən danışırlar. Lakin hazırda ona müəyyən mənada oyun praktikası çatmır.

İdman.Biz xəbər verir ki, Amerika liqasının ən sistemli klublarından birinə keçid gənc futbolçunun karyerasında mühüm mərhələ olub və ABŞ-də ona uzunmüddətli perspektivli layihə kimi yanaşılır. “Kolambus Kryu” klubunda gizlətmirlər ki, Axundzadənin yalnız mərkəz hücumçusu kimi deyil, həm də universal hücumçu kimi inkişafına ümid bəsləyirlər. Komandanın baş məşqçisi Henrik Rydström bildirib ki, yeni transfer eyni anda bir neçə mövqedə oynamaq bacarığına malikdir və bu, müasir hücum futbol modeli üçün xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, çalışdırıcı futbolçunun adaptasiya prosesini sürətləndirmək niyyətində deyil. Məşqçilər korpusu oyunçunun yeni mühitdə potensialını tam şəkildə ortaya qoyması üçün onun mərhələli inkişafına üstünlük verir. “Biz Nərimanla ehtiyatlı davranacağıq”, – deyə Rüdström futbolçunun məşqlərdəki fəaliyyətini və meydandakı əzmkarlığını şərh edərkən bildirib.

Bu isə çox şeyi izah edir. Axundzadə MLS-də indiyədək altı matçda meydana çıxıb və onun ümumi oyun müddəti 31 dəqiqə təşkil edib. O, həmçinin kubok görüşündə start heyətində meydana çıxaraq matçı sonadək keçirib və komandasının 1/4 finala yüksəlməsinə kömək edib. Hücumçunun ABŞ-də artıq şəxsi azarkeşləri də yaranmağa başlayıb. Həmyerlilərimizdən biri olan Ceyhun Əlizadə son oyunlardan birindən sonra Nərimana ləvəngi hədiyyə edib.

Klubda hücumçunun ilk dönəmdəki çıxışından razıdırlar. Onun çevikliyi, texnikası, topsuz fəallığı və xətlər arasında açılmaq bacarığı xüsusi qeyd olunur. Klub mütəxəssislərinin fikrincə, məhz bu keyfiyyətlər futbolçunun MLS-in intensiv oyun üslubuna tez uyğunlaşmasına imkan verir.

Düzdür, bunun fonunda “Kolambus Kryu” klubunun çempionatdakı vəziyyəti o qədər də ürəkaçan deyil. Şərq Konfransında hazırkı 13-cü yer Ohayo təmsilçisinin hələ də sabit çıxış etmədiyini göstərir. Komanda məşqçilər korpusunda və oyun fəlsəfəsində baş verən dəyişikliklərdən sonra yenilənmə və yenidənqurma dövrünü yaşayır. Belə şəraitdə gənc futbolçulara üstünlük verilməsi xüsusi əhəmiyyət daşıyır. Klubda anlayırlar ki, Avropadan gələn futbolçunun uyğunlaşması zaman tələb edir, buna görə də azərbaycanlı hücumçu üzərində təzyiq minimum səviyyədə saxlanılır.

“Kolambus Kryu”nun baş meneceri İssa Tall da futbolçunun potensialını yüksək qiymətləndirib. Klub rəhbərliyi hesab edir ki, Axundzadə sürəti və universallığı sayəsində komandanın hücum xəttinə yeni variantlar əlavə edə bilər. “Qarabağ” klubundakı uğurlu çıxışlardan və Çempionlar Liqasındakı oyunlardan sonra Axundzadə tamamilə fərqli futbol mədəniyyətində özünü göstərmək imkanı qazanıb. Burada fiziki intensivlik və yüksək oyun tempi xüsusi önəm daşıyır.

Buna baxmayaraq, Axundzadədən gözləntilər yüksək olaraq qalır. MLS-də əmindirlər ki, düzgün inkişaf yolu keçəcəyi halda o, Şimali Amerikada Azərbaycan futbolunun seçilən simalarından birinə və “Kolambus Kryu” komandasının hücum xəttinin vacib elementinə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri