Icma.az
close
up
RU
Azərbaycanın qətiyyətli addımı: Suverenlik, Ədalət və Böyük Qayıdış

Azərbaycanın qətiyyətli addımı: Suverenlik, Ədalət və Böyük Qayıdış

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın müasir tarixi 2023-cü ilin 19–20 sentyabr antiterror tədbiri ilə yeni mərhələyə qədəm qoydu. Cəmi bir gün ərzində həyata keçirilən əməliyyat nəticəsində Qarabağda qondarma rejim ləğv edildi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə daxil olmaqla bütün işğal olunmuş ərazilərdə dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi hadisə, əslində, həm beynəlxalq hüququn, həm də tarixi ədalətin təntənəsi oldu.

Xocalı soyqırımına cavab

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına silinməz izlər qoyub. 1992-ci il fevralında törədilən qanlı soyqırım nəticəsində yüzlərlə günahsız dinc sakin vəhşicəsinə qətlə yetirildi, minlərlə insan öz doğma yurdundan didərgin düşdü. Ermənistanın məqsədi yalnız əraziləri işğal etmək deyildi, həm də azərbaycanlıların tarixi izlərini silmək idi.

Prezident İlham Əliyev cənablarının 2023-cü ilin oktyabrında Xankəndidə etdiyi çıxışında bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi və biz bu ədaləti döyüş meydanında təmin etdik. Günahsız qurbanların qisasını aldıq, onların qanını yerdə qoymadıq.” Bu bəyanat, əslində, Azərbaycan xalqının 30 ildən bəri qəlbində daşıdığı ədalət istəyinin reallaşması idi.

Məcburi köçkünlər üçün dönüş nöqtəsi

Antiterror əməliyyatı ilə birgə “köçkün” anlayışı da tarixə qovuşdu. Artıq həmin insanlar “keçmiş köçkünlər” adlandırılır və öz doğma torpaqlarına dönüş imkanına sahibdirlər. Son iki ildə beş yaşayış məntəqəsinə qayıdış baş tutub, yaxın illərdə isə bu prosesin daha da sürətlənəcəyi gözlənilir.

Prezident İlham Əliyev cənablarının göstərişi ilə ilk növbədə Xocalı sakinlərinin evlərinin bərpasına başlanıldı. Çünki bu şəhər təkcə işğalın deyil, həm də soyqırımın simvolu olmuşdur. Bu gün Xocalıda və ətraf kəndlərdə genişmiqyaslı~ quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır.

Tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi

Azərbaycanın həyata keçirdiyi əməliyyat bütün beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə aparılıb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan ordusu dinc əhalini hədəfə almamış, yalnız hərbi obyektləri zərərsizləşdirmişdir. Bu isə bir daha göstərir ki, ölkəmiz haqlı mövqedədir və beynəlxalq ictimaiyyət buna göz yummaq iqtidarında deyil.

Əslində, 32 il ərzində aparılan məqsədyönlü siyasət – siyasi, iqtisadi və hərbi gücün möhkəmləndirilməsi – məhz bu günü təmin etdi. Əgər Azərbaycan bu gücə malik olmasaydı, separatçılar və onların havadarları yenə də bölgədə qalacaq, sülh və sabitlik mümkün olmayacaqdı.

Qarabağın gələcəyi: Böyük Qayıdış

Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində Böyük Qayıdış Proqramı həyata keçirilir. Ağdam, Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərində yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa olunur. Təkcə 2025-ci ilin sonuna qədər on minlərlə insanın doğma yurduna qayıdışı planlaşdırılır.

Prezident İlham Əliyev cənabları dəfələrlə qeyd edib ki, müvəqqəti salınmış çadır şəhərcikləri artıq tarixdə qaldı, indi isə öz doğma torpaqlarında daha yaxşı həyat şəraiti yaradılır. Bu, həm də Azərbaycan dövlətinin və xalqının həmrəyliyinin nəticəsidir.

Ermənistan üçün dərs

Azərbaycanın bu qətiyyətli addımı Ermənistan üçün ciddi bir mesajdır: qonşu dövlət yalnız Azərbaycanın şərtlərini qəbul etməklə bölgədə sülhə nail ola bilər. Əks təqdirdə, hər hansı revanşist meyllər, yeni ərazi iddiaları və ya himayədar axtarışları yalnız Ermənistanın özünə ziyan gətirəcəkdir.

19–20 sentyabr 2023-cü il antiterror tədbirləri təkcə hərbi əməliyyat deyildi. Bu, Xocalıya ədalətin bərpası, məcburi köçkünlərin qayıdışı, Azərbaycanın suverenliyinin tam bərpası və tarixi ədalətin təntənəsi idi.

Bu gün Qarabağda dalğalanan Azərbaycan Bayrağı təkcə dövlətin gücünü deyil, həm də xalqın iradəsini, şəhidlərimizin ruhunu və gələcəyə olan ümidləri ifadə edir.

Azərbaycan xalqı qürurla deyə bilər ki: Biz qisasımızı aldıq, ədaləti bərpa etdik və Qarabağı əbədi olaraq Vətənə qaytardıq!

Azər Əhmədov,
Respublika Pediatriya Mərkəzinin direktoru, Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri