Icma.az
close
up
RU
Tarixi Zəfərdən Tarixi Qayıdışa ŞƏRH EDİLDİ

Tarixi Zəfərdən Tarixi Qayıdışa ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əldə etdiyi tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. Bununla da dövlətimizin qarşısında yeni strateji vəzifələr meydana çıxmışdır. Bu vəzifələrin əsasını Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması təşkil edir".Bunu SİA-ya açıqlamasında deputat, politoloq Elman Nəsirov deyib.

Nəsirovun sözlərinə görə,hazırda Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və sistemli addımlar atmaqdadır: "Tarixi torpaqlara Böyük Qayıdışın təmin edilməsi prosesinə ciddi şəkildə start verilib. Bütün bu proseslərə siyasi iradə, güclü iqtisadi-maliyyə və kadr potensialı, eyni zamanda səmərəli idarəetmə və təşkilatçılıq bacarığı ilə yanaşılır. Nəticə etibarilə Azərbaycan bu sahədə bir çox ölkələr üçün nümunəvi təcrübə təqdim edir.Suriyanın keçid hökumətinin Prezidenti Əhməd əş-Şaraa 2024-cü il iyulun 12-də Bakıda səfərdə olarkən bildirmişdir ki, onun ölkəsi Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsindən faydalanmaq niyyətindədir. Doğrudan da, Azərbaycan qısa müddət ərzində erməni işğalı nəticəsində tamamilə dağıdılmış şəhər və kəndləri, mədəni abidələri, yol və enerji infrastrukturlarını bərpa etməyə nail olub. 2021-ci ildən etibarən dövlət büdcəsindən bu məqsədlə ciddi vəsait ayrılır. 2025-ci ilin dövlət büdcəsində bu istiqamətə 4 milyard manat ayrılıb. 2021–2024-cü illər ərzində isə artıq 19 milyard manat bu işlərə xərclənib. Beləliklə, 2025-ci ilin sonuna qədər bu sahəyə ayrılan ümumi vəsait 23 milyard manata çatacaq.Tarixi Qayıdış konsepsiyası da məhz bu prosesin əsas mərhələlərindən biridir. İnfrastrukturun qurulması, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi, məktəblərin, xəstəxanaların, yolların, tunellərin və digər sosial obyektlərin inşası birbaşa vətəndaşların geri qayıdışı və orada layiqli yaşayışının təmin olunmasına xidmət edir.Bu günə qədər artıq 30 mindən çox soydaşımızın doğma yurdlarına qayıdışı təmin edilib və proses sürətlə davam edir. Qarşıya qoyulan məqsədə əsasən, 2026-cı ildə Böyük Qayıdışın birinci mərhələsi başa çatmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Avqust 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri