Icma.az
close
up
RU
Tarixi Zəfərin əbədi salnaməsi

Tarixi Zəfərin əbədi salnaməsi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə qeyd olunan gün deyil, bütöv bir xalqın yaddaşına həkk olunan milli yaddaş səhifələridir. 27 Sentyabr – Anım Günü də məhz belə müqəddəs tarixlərdəndir.Bu gün Azərbaycan xalqı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir. 27 Sentyabr həm böyük bir müharibənin başlanğıc tarixini, həm də xalqımızın Vətən sevgisinin, milli birliyinin və qəhrəmanlığının parlaq nümunəsini özündə yaşadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Bu qərar Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı Vətən müharibəsinin başlanmasına səbəb oldu. 44 gün davam edən müharibə Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyev çıxışlarında 27 sentyabr tarixinin Zəfərə gedən yolun başlanğıcı olduğunu vurğulayıb. Şuşada Zəfər Günü münasibətilə çıxışında dövlət başçısı “Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır” fikrini səsləndirib. Bu ifadə həmin günün Azərbaycan tarixindəki xüsusi əhəmiyyətini aydın şəkildə göstərir.

Hər bir Zəfərin arxasında böyük zəhmət, iradə və fədakarlıq dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbənin ən ağır qiymətini isə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız ödədilər. Onlar Vətən torpağının azadlığı naminə öz həyatlarını fəda etdilər. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Anım Günü məhz bu həqiqəti bir daha xatırladır: Azərbaycanın ərazi bütövlüyünün bərpası böyük fədakarlıqlar hesabına mümkün olub.

Vətən müharibəsi Azərbaycan cəmiyyətində birlik və həmrəyliyin mühüm nümunələrindən birini ortaya qoydu. Azərbaycan xalqı müharibənin ilk günlərindən dövlətinin və ordusunun ətrafında sıx birləşdi. 2020-ci il sentyabrın 27-də başlayan müharibə 44 gün sonra Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Bu Qələbə xalqımızın milli iradəsinin, ordumuzun gücünün və Vətən sevgisinin ifadəsinə çevrildi.

Şəhidlik Vətən qarşısında ən böyük fədakarlıqdır. Şəhidlərimizin hər birinin həyatında ayrıca bir tarix, bir ailənin ağrısı, bir ananın göz yaşı, bir övladın həsrəti və bütöv xalqın qüruru var.Onların adları Azərbaycanın şəhər və kəndlərində ucaldılan abidələrdə, memorial komplekslərdə, küçə və digər ünvanlarda yaşadılır. Lakin şəhidlərimizin əsl abidəsi xalqımızın qəlbindədir. Anım Günü yalnız şəhidlərimizi yad etdiyimiz tarix deyil. Bu gün həm də tarix qarşısında məsuliyyətimizi dərk etdiyimiz gündür. Gələcək nəsillər Azərbaycanın hansı çətinliklərdən keçərək bu günə gəlib çatdığını bilməlidir. Vətən müharibəsi və onun nəticələri Azərbaycanın müasir tarixinin mühüm səhifələrindəndir. Bu tarixi yaşatmaq, şəhidlərin xatirəsinə hörmət etmək və onların həyat yolunu gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın mənəvi borcudur.

2020-ci ilin Qələbəsi yalnız hərbi nəticələrlə yekunlaşmadı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri başladı. Qarabağ və Şərqi Zəngəzurda yeni yolların, yaşayış məntəqələrinin, sosial obyektlərin inşası və insanların öz doğma torpaqlarına qayıdışı Azərbaycanın müharibədən sonrakı dövrünün əsas istiqamətlərindən birinə çevrildi. Şəhidlərimizin canı bahasına azad edilmiş torpaqlarda bu gün yeni həyat qurulur. Dağıdılmış şəhər və kəndlər yenidən dirçəlir, Azərbaycan bayrağı həmin ərazilərdə dalğalanır. Bu mənada 27 Sentyabr yalnız keçmişə baxış deyil, həm də gələcəyə baxışdır.

27 Sentyabr hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan müqəddəs gündür. Bu tarix bizə şəhidlərimizi xatırladır, Vətənin qədrini bilməyə səsləyir və milli birliyin nə qədər böyük güc olduğunu göstərir. Bu gün biz Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların həyat yolu Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Onların adı Azərbaycanın Zəfər salnaməsində əbədi yaşayacaq. 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının şəhidlərinə sədaqətinin, Vətənə sevgisinin və Zəfər tariximizə ehtiramının rəmzidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi daim uca tutulsun!

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri