Icma.az
close
up
RU
20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir

20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın suverenlik uğrunda apardığı mücadilə öz nəticəsini verdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, milli azadlığa qovuşduq:
“20 Yanvar faciəsinin 35-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sınmış inamı özünə qaytarıldı, Azərbaycan fəlakət təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. Eyni zamanda dahi Heydər Əliyevin böyük cəsarəti ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi".
Deputat qeyd edib ki, lakin bütün bunlar asanlıqla başa gəlmədi:
"Ulu Öndərimizin hakimiyyəti dövründə 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinin qarşısı mərdliklə alındı, ayrı-ayrı siyasi qruplara və şəxslərə xidmət edən müxtəlif silahlı dəstələr ləğv edildi, milli ordu yaradıldı və ordumuzda hərbi vətənpərvərlik, Vətənə və torpağa sədaqət, milli qürur hissi gücləndirildi. Həmin yenilməz Ordu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Bu gün əminəm ki, bütün şəhidlərimizin əziz ruhu şaddır, ona görə ki, onların qisası alınıb, Azərbaycan tam müstəqil və azad ölkədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Yanvar 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri