Icma.az
close
up
RU
Tarixin ən güclü zəlzələləri...

Tarixin ən güclü zəlzələləri...

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Gəlin, birlikdə tarixin ən güclü, dağıdıcı və öldürücü zəlzələlərini xatırlayaq…

Sumatra (İndoneziya)

Müasir tarixdə ən çox can alan zəlzələ olub.

Hind okeanında 26 dekabr 2004-cü ildə baş vermiş sualtı zəlzələnin gücü müxtəlif cür qiymətləndirilir. Lakin əksər ekspertlər onun maqnitudasının 9,1-9,3 bal arasında dəyişdiyini bildirirlər. Buna görə də Hind okeanındakı zəlzələ tarixində ən güclü üç zəlzələdən biridir.

Seysmik hadisənin episentri Sumatra adası yaxınlığında olub. Zəlzələnin gücü coğrafi mənada görünməmiş bir hadisə idi. Litosfer tavaları təxminən 1600 kilometr ərazi üzərində hərəkət edərək Hindistan Tavası Hind-Çin yarımadası ilə toqquşdu.

Zəlzələnin yaratdığı 15 metrlik sunami Tailand, İndoneziya, Şri-Lanka, Hindistanın cənubu sahillərinə çatdı. Bu güclü dalğa çox böyük ziyan vurdu və çoxlu sayda insanın ölümünə səbəb oldu. Ölənlərin çoxu sadəcə Tailand, İndoneziya və Şri-Lanka kurortlarında dincələn, ölüm təhlükəsindən xəbərsiz olan insanlar idi. Çimərlikdə istirahət edən insanları dalğa bir anda yuyub apardı və 300 mindən çox insanın həyatına son qoydu

Haiti zəlzələsi

Bu hadisə nisbətən yaxın keçmişdə – 2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş verib.

İlk təkanın gücü 7 bal idi. Teorik olaraq, seysmik cəhətdən təhlükəli hesab edilən bölgələrdə evlər zəlzələyə tab gətirmək üçün xüsusi olaraq tikilir. Ancaq Haitidə bu fərqli oldu, burada bir çox ev bir zərbə üçün belə, nəzərdə tutulmamışdı.

Nəticədə bu fəlakət zamanı 222 570 nəfərin öldüyü rəsmən açıqlandı.

Böyük Çili zəlzələsi

22 may 1960-cı ildə Çilidə baş vermiş Böyük Çili zəlzələsi (və ya Valdiv zəlzələsi) bəşəriyyət tarixində ən güclü zəlzələ hesab olunur.

Seysmik hadisənin maqnitudası 9,5 bal olub. Zəlzələnin episentri Valdivia (Santyaqonun cənubunda yerləşən Çili şəhəri) yaxınlığında olub. Əsas zərbə 6000-ə yaxın insanın həyatına son qoyub və 100 min çililini didərgin salıb.

Yaponiya zəlzələsi

Son 100 ilin ən güclü zəlzələlərindən biri 2011-ci il mayın 11-də Yaponiya sahillərində baş verən silsilə təkanlar hesab olunur. Onlardan ən güclüsü arxipelaqın sahilindən 72 km aralıda, 30 km dərinlikdə qeydə alınan 9 bal gücündə olub. Təxminən 6 dəqiqə davam edib və hündürlüyü 40 metrdən çox olan sunamiyə səbəb olub.

Kataklizm nəticəsində 15883 nəfər həlak olub, 6 mindən çox insan yaralanıb. Daha 2676 nəfərin aqibəti bu günə qədər məlum deyil.

Sunami Fukusima Atom Elektrik Stansiyasında irimiqyaslı qəzaya səbəb olub. Yaponiya iqtisadiyyatına dəyən ümumi zərər 186-235 milyard dollar qiymətləndirilir. Zəlzələlərdən sonra gələn dalğalar orta hesabla yarım saat ərzində Yaponiya sahillərinə çatıb və Yaponiya arxipelaqının şimal adalarında kütləvi dağıntılara səbəb olub.

Zəlzələdən bir saat sonra sunami nəticəsində Sendai hava limanını su basıb. Sunami bütün Sakit okeanı bürüyüb və Alyaskadan Çiliyə qədər Şimali və Cənubi Amerikanın Sakit okean sahillərinə çatıb.

Çin zəlzələsi

Ən dağıdıcı üçüncü zəlzələ də Asiya-Sakit okean regionunda – Çində baş verib.

2008-ci il mayın 12-nə keçən gecə mərkəzi Sıçuan əyalətində 19 kilometr dərinlikdə 8 bal gücündə zəlzələ baş verib. Fəlakət nəticəsində, müxtəlif mənbələrə görə, 5 milyondan 11 milyona qədər çinli evsiz qalıb. 69 195 nəfər ölüb, 374 643 nəfər yaralanıb, 18 mindən çox insan itkin düşmüş hesab olunur.

Los-Anceles zəlzələsi

1994-cü il yanvarın 17-də səhər saat 4:31-də Los-Ancelesin (Kaliforniya) ətraflarında zəlzələ baş verdi. Zəlzələnin ocağı 19 km dərinlikdə olan təkanların maqnitudasının “cəmi” 6,7 olmasına baxmayaraq, təkan təkcə ABŞ sahillərində deyil, həm də Las-Veqasdan 350 km-dən çox məsafədə yerləşən ərazilərdə hiss olunub.

Bu zəlzələ ABŞ iqtisadiyyatına 30 milyard dollar ziyan vurmuş, tikililərin keyfiyyətli olması səbəbindən ölü sayı cəmi 53 nəfər olmuşdu.

Kuril zəlzələsi

5 noyabr 1952-ci ildə Saxalin və Kamçatka bölgələrində (Sakit okeanda, Kamçatka yarımadasının cənubundan çox da uzaqda) baş vermiş Şimali Kuril zəlzələsi baş verdi. Zəlzələnin gücü Rixter şkalası üzrə 8,3 bal oldu. Bu seysmik hadisə həm də təkandan təxminən 20-40 dəqiqə sonra Kamçatkanın şərqinə və Kuril adalarına çatan fəlakətli sunamiyə səbəb olub. Ən çox sunaminin hündürlüyünün 12-15 metrə çatdığı Severo-Kurilsk şəhərinə gedib.

Bir az sonra, birinci dalğa getdikdən sonra oradan qaçan şəhər əhalisinin bir qismi öz mülklərini xilas etmək ümidi ilə evlərinə qayıtdıqda yeni faciə baş verdi.. Hər şeyin sovuşduğunu zənn edən əhali ikinci faciə ilə qarşılaşdı, budəfəki seysmik dalğalar birincidən daha güclü idi.

Severo-Kurilsk demək olar ki, tamamilə dağıldı. Təxminən 1200 nəfər (6000 əhalidən) insan öldü. Yeri gəlmişkən, sovet mediası faktiki olaraq bu fəlakəti işıqlandırmırdı, qurbanlar və dəymiş ziyan haqqında məlumatlar 90-cı illərə qədər təsnif edilirdi.

Gəncə zəlzələsi

Bu dəhşətli fəlakət Gəncə ətrafının coğrafiyasını tamamilə dəyişdi.

Tarixçilərin yazdığına görə, yeraltı təkanlar o qədər güclü olub ki, nəticədə Kəpəz dağı uçub, Ağsu çayının məcrasını kəsib. Nəticədə burada səkkiz göl yaranıb. Bu faciə 30 sentyabr 1139-cu ildə baş vermiş, 230 minə yaxın insanın həyatına son qoymuşdu.

Spitak zəlzələsi

1988-ci il dekabrın 7-də Ermənistan SSR-in şimal-qərbində Spitak şəhərində baş verib.

Zəlzələnin maqnitudası nisbətən kiçik idi – 6,8 bal, lakin şəhərin bir çox evləri sadəcə olaraq buna hazır deyildi.

Nəticədə zəlzələnin episentrinin və ona yaxın 58 kəndin yerləşdiyi şəhərin özü tamamilə dağıldı, 25 min insan həlak oldu.

Aşqabad zəlzələsi

Bu, 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad vilayətində (SSRİ) baş verib.

Bu zəlzələ ölkə tarixində ən dağıdıcılardan biri hesab olunur: episentrdə zəlzələnin intensivliyi 9-10 bala çatıb.

Bu fəlakət zamanı həlak olanlar haqqında məlumatlar hələ də dəqiq deyil. SSRİ-də belə hadisələrlə bağlı məlumatlar çox vaxt gizlədilir və məxfiləşdirilirdi. Amma məlumdur ki, şəhər praktiki olaraq dağıdılıb, bütün ailələr həlak olub.

Mütəxəssislər hesablamalar apararaq belə qənaətə gəliblər ki, Aşqabadın özündə ölənlərin sayı 36-37 min nəfərdir.  Zəlzələ şəhərin demək olar ki, hər üçüncü sakininin həyatına qoymuşdu.

Şamaxı zəlzələsi

1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində baş vermiş təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə-yeksan olaraq torpağın dərin qatlarına gömülüb.

Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər. Məlumatlara görə 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək insan evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub…

Osman Eminov

Azpost.info

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see297

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see210

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see196

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see191

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see187

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see181

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see174

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see174

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see173

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see172

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see170

1946 cı ildən sonra doğulanlar daha çox XƏSTƏLƏNİR

24 May 2026 11:01see167

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see166

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see166

21 ci əsrdə bunu yalnız Messi ilə Ronaldu bacarmışdı Rekord

24 May 2026 16:19see165

Azərbaycan səfiri Türkmənistanda WUF13 ün əhəmiyyətindən danışıb

24 May 2026 14:09see161

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

25 May 2026 01:18see161

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see160

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see149

Nigeriya ordusu 92 girovu azad etdi

25 May 2026 01:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri