Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Tarixin fenomeni: Heydər Əliyev və dövlətin yenidən doğuşu

Tarixin fenomeni: Heydər Əliyev və dövlətin yenidən doğuşu

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dövlət suverenliyi hər bir müstəqil dövlətin mövcudluğunu təmin edən əsas prinsiplərdən biridir. Xüsusilə postsovet məkanında formalaşan dövlətlər üçün bu anlayış yalnız hüquqi deyil, həm də siyasi, iqtisadi və ideoloji mahiyyət daşıyır. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra qarşılaşdığı mürəkkəb geosiyasi və daxili çağırışlar kontekstində suverenliyin qorunması həyati əhəmiyyət kəsb edirdi. Azərbaycan dövlətçiliyinin taleyüklü və həssas bir mərhələsində Ulu Öndər Heydər Əliyev fenomeni tarix səhnəsinə xilasedici qüvvə kimi çıxaraq, suverenliyin bərpası və möhkəmləndirilməsi prosesində müstəsna, əvəzolunmaz və strateji rol oynamışdır.

"Fenomen" anlayışı fəlsəfi və sosial elmlərdə qeyri-adi, nümunəvi və ya istisnai hadisə və ya şəxsiyyəti xarakterizə etmək üçün istifadə olunur. Fenomenal liderlər öz dövrlərinin mürəkkəblikləri fonunda xalqın və dövlətin taleyinə yön verən, tarixdə dönüş nöqtələri yaradan şəxsiyyətlər kimi təhlil olunurlar. Ulu Öndər Heydər Əliyev bu baxımdan, Azərbaycanın müstəqilliyinin ikinci mərhələsində yalnız siyasi lider deyil, həm də milli birliyin, sabitliyin və strateji inkişafın simvoluna çevrilmiş fenomenal bir şəxsiyyətdir.

Post-sovet dövrdə suverenliklə bağlı çağırışlar: 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçün suverenlik anlayışı yalnız bir hüquqi status deyildi; bu, həm də real və praktik mübarizə obyekti idi. Yeni müstəqil dövlət çoxsaylı çağırışlarla üzləşdi:

Ermənistanın hərbi təcavüzü və Qarabağ münaqişəsi; Mərkəzi hakimiyyətin zəifliyi və bölgələrdə separatizm meyilləri; Xarici siyasi və iqtisadi asılılıqların artması; Enerji resurslarının nəzarətsiz şəkildə istismarı və nəqli üzərində qeyri-müəyyənliklər; Daxili siyasi qarşıdurmalar və çevriliş cəhdləri.

Bu mürəkkəb situasiyada dövlətin suverenliyinin qorunması yalnız hüquqi sənədlərlə deyil, həm də güclü siyasi iradə, strateji idarəetmə və milli birliyin təmin olunması ilə mümkün idi. Suverenliyin faktiki təminatı üçün liderlik amili həlledici rol oynayırdı və bu məqamda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ilə dönüş nöqtəsi baş verdi.

Heydər Əliyev fenomeni: siyasi liderlik modeli

Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan siyasi tarixində müstəqil dövlətçilik ideyasını gerçəkləşdirən və onu konkret siyasi strategiya və institusional əsaslarla möhkəmləndirən yeganə siyasi lider olmuşdur; o, milli iradənin rəmzi, strateji düşüncənin daşıyıcısı və tarix yaradan lider olaraq xalqın yaddaşında və dövlətçilik fəlsəfəsində əbədi yer almışdır. Onun liderliyi yalnız inzibati idarəetmə ilə məhdudlaşmamış, həm də dərin strateji düşüncə, çevik diplomatiya və güclü milli ideologiya ilə müşayiət olunmuşdur. O, liderlik konsepsiyasını yalnız siyasi hakimiyyətin icrası kimi deyil, eyni zamanda milli məfkurənin quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından həyata keçirmişdir.

Heydər Əliyevin idarəetmə strategiyası bir neçə əsas prinsip üzərində qurulmuşdur:

Mərkəzləşdirilmiş və çevik idarəetmə - dövlətin idarəçilik mexanizmlərinin mərkəzdən idarə olunması, lakin çevik və situasiyaya uyğun qərarlar alınması; Milli maraqların prioritetliyi - bütün siyasi və iqtisadi qərarlarda milli maraqların qorunması prinsipinin əsas götürülməsi; İnsan kapitalına yatırım - təhsilin inkişafı, kadr potensialının formalaşdırılması və intellektual elitanın dəstəklənməsi; Geosiyasi reallıqlara uyğunlaşma - beynəlxalq münasibətlərdə balanslı mövqe, regionda sabitlik və əməkdaşlıq siyasəti.

Liderin şəxsiyyətinə xas olan çoxölçülü intellekt, uzaqgörənlik və strateji siyasi zəkâ onu təkcə dövrünün deyil, ümumiyyətlə Azərbaycan tarixinin fövqəladə liderlərindən birinə çevirmiş, onu sadəcə siyasi xadim deyil, bütöv bir dövrün simvolu və milli fenomen kimi dəyərləndirməyə əsas vermişdir.

Heydər Əliyevin siyasi səhnəyə 1993-cü ildə qayıdışı Azərbaycanın müstəqilliyi üçün real təhlükələrin mövcud olduğu bir dövrə təsadüf edirdi. Həmin dövrdə ölkədə:

Dövlət çevrilişi təhlükəsi, Silahlı qarşıdurmalar, İqtisadi iflas və inflyasiya, Sosial çöküş və kütləvi miqrasiya kimi hadisələr yaşanırdı.

Bu kontekstdə Heydər Əliyev ictimai şüurda xilasedici lider obrazı kimi qəbul olunmağa başladı. O, ilk növbədə ölkədə daxili sabitliyin bərpasına, hüquqi nizam-intizamın bərqərar edilməsinə və siyasi institutların yenidən qurulmasına yönəlmiş qətiyyətli addımlar atdı. Onun rəhbərliyi ilə dövlətin dağılma təhlükəsi önləndi, strateji sahələr üzrə islahatlar başlandı və beynəlxalq müstəvidə Azərbaycan öz mövqelərini gücləndirməyə başladı.

Xilasedici lider obrazı yalnız xalqın ümidlərini doğrultmaqla kifayətlənmədi, eyni zamanda gələcək siyasi kursun təməl prinsiplərini müəyyən etdi. Heydər Əliyevin bu tarixi rolunu fenomenal edən məqam onun xalqı ümidsizlik və xaos girdabından çıxararaq milli dirçəlişə, müstəqil dövlətçilik idealına doğru səfərbər etmək bacarığı olmuşdur.

Suverenliyin qorunması və möhkəmləndirilməsində konkret addımlar

1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin ilk vəzifələrindən biri ölkədəki xaotik vəziyyəti sabitləşdirmək idi. Müxtəlif silahlı qrupların fəaliyyət göstərdiyi, dövlət idarəçiliyinin iflic olduğu bir şəraitdə daxili sabitliyin bərpası suverenliyin qorunmasının başlanğıc nöqtəsi idi. Heydər Əliyevin rəhbərliyi ilə:

Qanunsuz silahlı dəstələr ləğv edildi; Regionlarda separatçı tendensiyalar neytrallaşdırıldı; Dövlət idarəçiliyində intizam və strukturlaşma təmin olundu.

Xalqla birbaşa əlaqə, müraciət və dialoq vasitəsilə ictimai legitimlik bərpa edildi. Bu, dövlətin əsas dayaqlarının möhkəmlənməsinə və idarəetmənin mərkəzləşdirilməsinə zəmin yaratdı.

Suverenliyin hüquqi əsaslarının formalaşdırılması istiqamətində atılmış ən mühüm addım 1995-ci ildə yeni Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması oldu. Bu sənəd:

Dövlətin demokratik, hüquqi və unitar xarakterini təsbit etdi; Hakimiyyət bölgüsünü - qanunverici, icraedici və məhkəmə - aydın şəkildə müəyyənləşdirdi; İnsan hüquq və azadlıqlarının təminat mexanizmlərini hüquqi sistemə daxil etdi.

Heydər Əliyev eyni zamanda məhkəmə-hüquq islahatlarına start verdi, müstəqil məhkəmə sisteminin və hüquq-mühafizə orqanlarının institusional əsaslarını formalaşdırdı. Bu islahatlar nəticəsində dövlət idarəçiliyində qanunçuluq və hüquqi sabitlik təmin edildi.

Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət suverenliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Onun rəhbərliyi ilə Azərbaycan:

Qərb və Şərq arasında balanslı mövqe tutdu; BMT, ATƏT, Avropa Şurası, İƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirdi; “Əsrin müqaviləsi” kimi tanınan neft sazişi vasitəsilə Azərbaycanın enerji resurslarına nəzarət və beynəlxalq investorların marağını təmin etdi.

Bu siyasət nəticəsində ölkənin beynəlxalq hüquqa əsaslanan suverenliyi daha da tanındı və gücləndi. Azərbaycan artıq geosiyasi subyektə çevrildi, regionda təşəbbüskar aktora dönməyə başladı.

Suverenliyin təminatında ən vacib sahələrdən biri də milli ordu quruculuğu və təhlükəsizlik sisteminin təşkili idi. 1990-cı illərin əvvəllərində zəif və parçalanmış vəziyyətdə olan ordu strukturu Heydər Əliyevin hakimiyyəti dövründə yenidən quruldu:

Peşəkar hərbi kadr hazırlığına önəm verildi; Müdafiə sənayesi və maddi-texniki baza gücləndirildi; Milli təhlükəsizlik strategiyası formalaşdırıldı və Dövlət Təhlükəsizlik Xidməti islahata uğradıldı.

Bu tədbirlər nəticəsində dövlət öz ərazi bütövlüyünü müdafiə etmə potensialını yüksəldərək, suverenlik anlayışının faktiki təminatını mümkün etdi.

Heydər Əliyev irsinin davamlılığı

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və dövlət idarəetmə modeli Azərbaycan Respublikasının sonrakı inkişaf mərhələlərində də öz aktuallığını qorumuşdur. Onun strateji baxışları, milli maraqlara əsaslanan siyasəti və sabitlik üzərində qurulmuş dövlətçilik fəlsəfəsi bu gün də ölkənin daxili və xarici siyasətinin təməl prinsiplərini təşkil edir.

Heydər Əliyev irsinin davamlılığını təmin edən əsas amillərdən biri bu kursun sistemli şəkildə dövlət siyasətinə çevrilməsi və siyasi varislik prinsipinin qorunması olmuşdur. Müasir dövrdə bu irs:

İqtisadi inkişaf və enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrdə; Geosiyasi təşəbbüslərdə və beynəlxalq əməkdaşlıqda; Milli-mənəvi dəyərlərin qorunması və ictimai sabitliyin saxlanılmasında özünü göstərir.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi yalnız keçmişin dəyərli siyasi mirası deyil, eyni zamanda müasir Azərbaycanın inkişaf yolunu müəyyən edən və gələcək nəsillərə istiqamət verən uzaqgörən və strateji bir dövlətçilik konsepsiyasıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini qətiyyətlə yaşadaraq və möhkəmləndirərək, müasir Azərbaycanın davamlı, dinamik və hərtərəfli inkişafını təmin etmişdir. Bu dövrdə dövlət idarəetməsinin bütün sahələrində sistemli və strateji islahatlar aparılmış, ölkənin beynəlxalq mövqeləri möhkəmlənmiş, iqtisadi və hərbi gücü ciddi şəkildə artmışdır.

Bütün bu istiqamətlərdə həyata keçirilən uğurlu siyasətin kulminasiya nöqtəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi olmuşdur. Bu Zəfər - Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnərək - yalnız hərbi-siyasi qələbə deyil, həm də dövlət suverenliyinin möhkəmləndirilməsi və milli qürurun tarixi dirçəlişi kimi müasir dövlətçilik tariximizə yeni bir mərhələ, qürur dolu bir səhifə əlavə etdi.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, onun siyasətinin əsas qayəsi Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması, suveren hüquqların qətiyyətlə qorunması və xalqın rifahının davamlı təmin olunmasıdır. Bu yanaşmada suverenlik anlayışı təkcə siyasi müstəqilliklə məhdudlaşmır, həm də iqtisadi, informasiya, enerji və mədəni sahələrdə tam müstəqilliyin təmin olunması kimi geniş və strateji bir konsepsiya olaraq davam etdirilir.

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin tarixi inkişaf trayektoriyasında nadir və fenomenal liderlik nümunəsi olaraq çıxış etmişdir. Onun siyasi fəaliyyəti yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmamış, həm də milli suverenliyin ideoloji, hüquqi və praktiki əsaslarının formalaşmasına yönəlmiş strateji proqram xarakteri daşımışdır. Müasir dövrdə dövlətçilik anlayışının dayanıqlığı və inkişafı məhz onun qoyduğu təməllər üzərində inşa olunmuşdur.

Gələcək nəsillər üçün Heydər Əliyev irsi təkcə tarixi keçmişin öyrənilməsi baxımından deyil, həm də siyasi təfəkkürün, idarəetmə mədəniyyətinin və milli suverenlik ideyasının öyrədici modeli kimi dəyərlidir. Bu irs, Azərbaycan gəncliyinə milli kimliyi, müstəqil dövlətçilik ənənəsini və məsuliyyətli vətəndaşlıq ruhunu aşılayan mühüm strateji resurs olaraq qalır.

Pərvanə Rzayeva,

Pedaqogika üzrə fəlsəfə doktoru

Yeni Azərbaycan Partiyasının üzvü

ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri