Icma.az
close
up
RU
“Tarixin izləri”: İtaliyada azərbaycanlı rəssamın sərgisi

“Tarixin izləri”: İtaliyada azərbaycanlı rəssamın sərgisi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 may, AZƏRTAC

Florensiyadakı GADARTE Qalereyasında rəssam Rövşən Nurun “Tarixin izləri” adlı sərgisi açılıb. Layihə Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Sərgi mayın 15-dən 29-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın şəhər mənzərələri - qədim küçələr, dövrün ruhunu əks etdirən memarlıq və şəhər həyatının canlı atmosferi nümayiş olunur.

Sərgidə italyan motivləri də xüsusi yer tutur, Venesiya, hansı ki, müəllifin interpretasiyasında xatirələr, düşüncələr və sonsuz ilham şəhəri kimi çıxış edir.

Sərginin məkanında Azərbaycan və İtaliya mədəniyyətləri mükəmməl şəkildə birləşir. Bu bədii dialoq memarlıq, işıq, rəng və emosional ifadəlilik vasitəsilə açılır və tarixin heç bir sərhəd tanımadığını, incəsənətin isə müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanları birləşdirmək gücünə malik olduğunu vurğulayır.

Rəssamın özünün sözlərinə görə, tamaşaçının rəsmlərə yalnız baxması deyil, həm də onları həqiqətən hiss etməsi vacibdir.

“Məhz buna görə də hər bir əsərim insan həyatında iz qoyan yerlərin, insanların və anların xatirəsini qoruyub saxlayaraq daxili məna və emosional bir hekayə daşıyır”, - deyə R.Nur qeyd edib.

Rəssam, həmçinin ev sahiblərinə minnətdarlığını bildirib: “GADARTE Qalereyasında sərgim üçün yaradılmış fürsət və göstərilən dəstəyə görə Florensiya Bələdiyyəsinə (Comune di Firenze) və Sosial Təşviq üzrə Mədəniyyət Assosiasiyasına (Associazione Culturale APS) səmimi-qəlbdən minnətdaram”.

Rövşən Nur təxminən iyirmi ildir Estoniyada yaşayan azərbaycanlı rəssamıdır. O, çoxsaylı beynəlxalq sərgilərin iştirakçısıdır, mütəmadi olaraq tədbirlər keçirir və burada avropalıları Azərbaycan incəsənəti və mədəniyyəti ilə tanış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri