Icma.az
close
up
RU
Tarixinin ən böyük büdcəsinə malik Qarabağ , çempionluğa iddialı Neftçi və Turan Tovuz arzusunu dilə gətirməyən Sabah

Tarixinin ən böyük büdcəsinə malik Qarabağ , çempionluğa iddialı Neftçi və Turan Tovuz arzusunu dilə gətirməyən Sabah

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Deyəsən, bizi qarşıda maraqlı çempionat gözləyir. Neçə ildir ki, çempionluq mövzusunda "Qarabağ"a belə nümayişkaranə şəkildə əlcək atan olmamışdı. Özü də birdən-birə iki klub. Bir neçə gün əvvəl "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev hədəflərinin çempionluq olduğu barədə danışmışdı. Ötən gün də "Neftçi"nin rəhbər şəxslərindən olan Cenk Sümer çempionluğa namizəd klublardan biri olduqlarını açıqlayıb. 

Ən maraqlısı odur ku, həm "Turan Tovuz", həm "Neftçi" təlim-məşq toplanışını xaricdə keçirdikləri üçün bu klubları əyani şəkildə iş başında görə bilməmişik. Amma orası dəqiqdir ki, "Neftçi" çox güclənib, heyətə yetəri qədər səviyyəli futbolçular cəlb olunub. Ötən mövsümlə müqayisədə daha güclü olacaqları şübhəsizdir. 

"Turan Tovuz" "Neftçi" qədər dəyişikliklərə məruz qalmayıb. Heyəti də onlar qədər bahalı olmaz. Lakin Vadjinin transferindən sonra diqqətləri üzərinə çəkən Tovuz klubu Veşoviçin də keçidini həll etmək üzrədi. Belədə ciddi heyət alınır. İştahın diş altında olduğunu nəzərə alsaq, işlər qaydasında gedərsə, Ehtiram bəyin "kisənin ağzını daha da açacağı" istisna deyil. 

Bu mübarizədə çempionluq arzusunu dilə gətirməyən "Sabah"ı da siyahıdan silmək olmaz. Kifayət qədər səviyyəli heyətə malik Masazır təmsilçisi adıçəkilən klublarla başabaş mübarizəyə girə biləcək gücdə olan kollektivdir. 

Yeri gəlmişkən, çempionluq iddiasında bulunmayan "Araz-Naxçıvan"ın heyəti nə "Neftçi"dən, nə "Turan Tovuz"dan zəifdir. Heç "Sabah"dan da çəkinəcəkləri inandırıcı gəlmir. Azərbaycan Premyer Liqasıının alqoritmini yaxşı bilən Rəşad Sadıqovun "Zirə"sini də nəzərə alsaq, "ilk altılıq" komandaları arasında qızğın mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. 

Sonda təbii ki, çempionun özü haqqında da bir-iki cümləlik qeydə ehtiyac var. Başqan Tahir Gözəl açıqlayıb ki, bu mövsüm "Qarabağ"a tarixinin ən böyük büdcəsi ayrılıb. Xeyli oyunçu gətiriblər, daha 4-5 transfer olacaq. Bu "Qarabağ"ı taxtdan salmaq çətin yox, çətindən də çətin məsələ kimi görünür. 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri