Icma.az
close
up
RU
Tarlada ucuz, Bakıda baha Qiyməti qaldıran kimlərdir?

Tarlada ucuz, Bakıda baha Qiyməti qaldıran kimlərdir?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Kənd təsərrüfatı məhsullarının istehsalçıdan istehlakçıya qədər keçdiyi yol çoxsaylı mərhələlərdən ibarətdir və bu proses ərzində qiymətlərin bir neçə dəfə artması cəmiyyət üçün aktual iqtisadi məsələlərdən biridir. Məhsulun tarladan süfrəyə qədər olan mərhələlərində daşınma, saxlanma, vasitəçi zənciri və bazar mexanizmləri kimi amillər son qiymətə birbaşa təsir göstərir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən heyvan əti və bitkiçilik məhsullarının Bakı şəhərinə çatdırılması zəncirində bir sıra problemlər mövcuddur:
"Bu barədə dəfələrlə yerli istehsalçılar bildirirlər ki, xüsusilə məhsul bolluğu dövründə belə onların satışı çətinləşir və bazarda vasitəçi rolunu oynayan şəxslər qiymət və satış prosesinə ciddi təsir göstərirlər. Nəticədə, istehsalçı birbaşa alıcıya çıxış imkanını itirir və satış prosesi daha mürəkkəb hala gəlir.
Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsaldan istehlaka qədər olan yolu bir neçə mərhələdən keçir. Məhsullar əvvəlcə topdansatış bazarlarına, daha sonra isə Bakı şəhərindəki əsas satış məntəqələrinə yönləndirilir. Bu proses zamanı daşınma, saxlanma, ekspertiza və digər xidmət xərcləri qiymətə əlavə olunur. Eyni zamanda, bazar infrastrukturunda birbaşa istehsalçı ilə istehlakçı arasında əlaqələrin zəif olması əlavə vasitəçi mərhələlərin yaranmasına səbəb olur".
Ekspert deyib ki, iri təsərrüfatlarla müqayisədə fərdi təsərrüfatların bazara çıxış imkanları daha məhduddur: 
"Onların məhsullarının satış kanallarına çıxışı çox vaxt vasitəçilərdən asılı olur ki, bu da qiymətlərin formalaşmasına təsir göstərir. Eyni zamanda, bazar şəraitində icarə xərcləri, logistika və saxlanma xərcləri də son qiymətin artmasına səbəb olan amillər sırasındadır.
Bu baxımdan, kənd təsərrüfatı məhsullarının bazara çıxış sisteminin təkmilləşdirilməsi, logistika infrastrukturunun gücləndirilməsi və istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır",- deyə o qeyd edib.
Eyyub Hüseynovun sözlərinə görə, fərdi təsərrüfatların bazara çıxış imkanları iri şirkətlərlə müqayisədə məhduddur. Kiçik təsərrüfatların satış kanalları vasitəçilərdən asılı qalır. Bununla yanaşı, bazarlardakı yüksək icarə haqları, logistika və saxlanc xərcləri də son qiyməti artırır. Problemin həlli üçün logistika infrastrukturunun gücləndirilməsi və fermerlə alıcı arasında birbaşa əlaqənin qurulması vacibdir.
Yəni, tarlada ucuz olan meyvə-tərəvəz və ət məhsulları şəhər bazarlarına gəlib çatana qədər yolda yaranan vasitəçilər, yol və mağaza kirayəsi xərcləri ucbatından marketlərdə və bazarlarda vətəndaşa baha qiymətə satılır.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri