Icma.az
close
up
RU
Tartüf, Xlestakov və vətənsiz Paşinyan

Tartüf, Xlestakov və vətənsiz Paşinyan

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dahi Jan Batist Molyerin dünya dramaturgiyasının şah əsəri sayılan “Tartüf”ündəki eyniadlı obraz dindarlıq və mənəviyyatla qürrələnir, amma əslində, riyakar və saxtakardır. Tartüf sahib olmadığı bütün keyfiyyətlərin özündə cəmləşdiyini iddia edir. Obrazın faciəsi də məhz bundadır. Mahiyyətcə, Tartüf ilə Qoqolun şedevri sayılan “Müfəttiş”dəki Xlestakov obrazı bir-birini tamamlayır. Xlestakov səlahiyyətsiz, tamamilə təsadüfi bir adam olduğu halda, sanki mühüm dövlət məmuru kimi davranır və bu rola özü də inanır. Ətrafdakılar isə onun saxta nüfuzunu daha da böyüdürlər. Nəticədə müəllif yalanla qurulan hörmətin ironiyasını son dərəcə gözəl bədii notlarla təqdim edir.

Ermənistan dövlətinin müxtəlif təmsilçiləri, o cümlədən baş nazir Nikol Paşinyan bütün beynəlxalq platformalarda Azərbaycanla sülhdən, regionda sabitlikdən danışır. Onlar özlərini barış tərəfdarı, mütərəqqi və proqressiv qüvvə kimi göstərməyə çalışırlar. Əlbəttə, bu cür mənasız sentimentalizmin səmimiyyətdən uzaq olduğu aydındır. Rəsmi İrəvan öz məkrini gec-tez büruzə verir. Çünki xislət xarabdır. Çünki “erməni xəstəliyi” adlı nəsnə var.

Azərbaycanda belə bir deyim var: “İlanın ağına da lənət, qarasına da.” Bu deyimi asanlıqla erməni varlığına da şamil etmək olar: erməninin pisi, yaxud yaxşısı olmur, onlar elə ümumən pisdirlər. İlk baxışda belə yanaşma erməni xalqına hörmətsizlik kimi görünə bilər. Halbuki, xalqın içində yaxşı adamların olmaması mümkünsüzdür. Məsələn, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanı götürək. O, böyük utanc hissi ilə deyirdi ki, ermənilər Xocalı və digər azərbaycanlılara qarşı törədilən faciələrə görə üzr istəməlidirlər. Amma ölkəsində ona qarşı elə bir təqib aparıldı ki, məcburən Gürcüstana sığındı, ömrünü Tbilisinin küçələrində taksi sürməklə başa vurdu və dünyasını dəyişdi. Yəni, yaxşı erməniləri də görmüşük. Ancaq “azərbaycanlının, türkün yaxşısı olmur” deyənlərin çürük təbliğatı qarşısında onların səsi ya çıxmayıb, ya da çox zəif olub.

Qəribə səslənsə də, bu gün Azərbaycan üçün “yaxşı erməni” obrazı Nikol Paşinyandır. Əlbəttə, yadımızdadır ki, Nikol 2019-cu ildə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə sərsəmləmiş, “Cəbrayıla yol çəkmək” istəmiş, tabeliyində olan şəxslər “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürmüşdülər. Lakin 2020-ci ilin 44 günlük müharibə rüsvayçılığından və 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra müəyyən pozitiv impulslar verdiyini də görürük. Nə etmək olar, bəxtimizə başına-gözünə döyərək ağıllandıracağımız qonşu düşüb. İtalyan özünün isveçrəli, holland belçikalı, norveçli isveçli qonşusunu bizə vermir ki...

Bəli, Ermənistan rəhbərliyinin başına-gözünə döyə-döyə onu barışdan danışmağa vadar etmişik. Artıq erməni hakim siyasi elitasının dilindən “sülh” sözü düşmür. Bu duruma gətirmək Azərbaycanın böyük uğurudur. Əlbəttə, düşünsələr, barış barədə danışmaq erməni tərəfinin də uğuru sayıla bilər. Çünki onlar dinc, sakit həyat tərzinə öyrəşməyiblər; daim hansısa məkrli plan qurmağa, özlərininki olmayan nəyisə ələ keçirməyə cəhd ediblər. Dediyimiz kimi, xislətləri xarabdır.

Bu fonda Paşinyan obrazı ön plana çıxır. Özünün qeyri-ordinar, baş nazirə yaraşmayan, bəzən komik hərəkətləri ilə Nikol fərqli erməni obrazını təcəssüm etdirir. Diqqət edək: bu şəxs hazırda erməni saxta milli identikliyinin simvolu olan Erməni Apostol Kilsəsini ən sərt və aşağılayıcı ifadələrlə hədəfə alır, bütün etik normaları aşır. Amma biz onun bu davranışını dövlət başçısının davranışı kimi deyil, bir klounun hərəkəti kimi qəbul edirik.

Paşinyan Azərbaycan cəmiyyətində, böyük ölçüdə, kloun kimi simpatiya qazanıb. Əlbəttə, erməni düşüncə sistemi və intellektual kəsimi başqa nümunə ortaya qoya bilmirsə, bunda başqalarının günahı yoxdur. Bu kəsim Levon Ter-Petrosyan kimi avantürist, Robert Koçaryan və Serj Sarkisyan kimi cəlladlar yetişdiribsə, problemi özündə axtarmalıdır. Paşinyan isə bu əbləhlərlə müqayisədə müsbət obrazdır. Amma...

Əmma dediyimiz isə əvvəldə səsləndirdiyimiz atalar sözü ilə bağlıdır. Məsələn, Paşinyan İrəvan Dövlət Universitetindəki çıxışında deyir:

“Bilirsiniz nə başa düşdüm? 44 günlük müharibənin nəticəsində biz vətənimizin bir hissəsini itirdik, amma eyni zamanda daha suveren, daha müstəqil və daha özünə güvənən bir dövlət qazandıq.”

Bu da onun “müsbət erməni” anlayışı! Vətənin bir hissəsini itiribmiş! Maraqlıdır, hansı vətəndən söhbət gedir? Ağdamdanmı, Füzulidənmi, Kəlbəcərdənmi, Cəbrayıldanmı, Laçındanmı? Bəlkə, söhbət “Artsax”dan gedir? Aydındır ki, o, Qarabağı nəzərdə tutur və bu baxışla müstəqil, özünə inamlı dövlət qazanmaqdan danışır. Ardınca da deyir ki, onu satqınlıqda günahlandırmaq haqsızlıqdır. Halbuki, doğma torpaqdan pay verənin satqın və xain adlandırılmaqdan başqa aqibəti yoxdur.

Başlıca məsələ haranı vətən adlandırmaqda və nəyi tələb etməkdədir. 1988-ci ildən vüsət alan “Miatsum” cəfəngiyyatına qədər Azərbaycan ermənilərin vətəni idi, Ermənistan isə azərbaycanlıların. Bu düzəni pozan biz deyildik. Müharibəni başlayıb, işğal edən də azərbaycanlılar olmayıb.

Əlqərəz, “vətəndən məhrum olmuş” Paşinyan tələbələr qarşısında çıxışında Ermənistan sərhədlərinin öz sərhədçiləri tərəfindən qorunduğundan ağız dolusu danışmağı da unutmur. Onun pafosu mənasız və gülməlidir. Sual olunur: “Vətəni itirən” lider necə sərhəd təminatından danışa bilər? O, hansı üzlə deyə bilər ki, özünə güvənən dövlətə sahibik? Dövlət həm də ordu deməkdir. Ermənistan ordusu işğal etdiyi torpaqlarda leş düşübsə, bunun nəyidir güvən verən? İndi leşi leş üstə yığılmış ordumu sərhədi qoruyacaq?

Bu sualları genişləndirmək olar, amma ehtiyac yoxdur. Vurğulamaq istədiyimiz Paşinyan timsalında erməni düşüncəsindəki natamamlıq və bəsitlikdir ki, bu da məkrdən, mənfi xislətdən qaynaqlanır. Belə mənfi xislət daşıyıcılarının isə vətəni olmur. Paşinyan da böyük ölçüdə vətənsizdir və Molyerin Tartüfü, Qoqolun Xlestakovu ilə müqayisədə daha miskin və rəzil durumdadır.

Əvəz RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri