Icma.az
close
up
RU
Tavareşin “Benfika”nın yetirməsi olması haqqında

Tavareşin “Benfika”nın yetirməsi olması haqqında

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fənərbaxça”nının prezidenti Ali Koç biznesmen kimi xeyli uğurlu olsa da, bir idman idarəçisi kimi gözlənilənləri vermədi.

Əziz Yıldırımın dönəmində İstanbul təmsilçisi təkcə ölkədaxili yarışlarda iddialı deyildi, Çempionlar Liqasında da xeyli uğurlu qrafik cizmişdi. Amma onun adının “şikə olayları”na qarışması və həbs edilməsi ayrılığı qaçılmaz edirdi. Azarkeşlərin arasında nüfuzunu sürətlə itirən Yıldırım sonradan postunu Ali Koça təhvil verməli oldu. Özü də seçki yolu ilə. Yıdırımın Koça məğlub olduğu seçki prosesində ikincinin çıxışı zamanı işlətdiyi bir ifadə indiyə kimi yadımdadı:

“Atatürkün hansı komandaya azarkeşlik etdiyi önəmli deyil, önəmli olan hansı komandanın Atatürkün yolunda olduğudu”.

Yazıma bir az uzaqdan giriş etdiyimə görə məni üzürlü sayın. Hərdən belə girişlər edirəm ki, yaddaşımızı təzələyək və Azərbaycan futbolunun durumuyla bağlı paralellər aparaq. Mən Ali bəyin bu sözlərini “Turan Tovuz”un yeni transferini təqdim edərkən xatırladım. Özü də bu xatırlama heç də təsadüf olmadı. Türkiyədə Atatürkün necə sevildiyi hər kəsə məlumdu. Eləcə də onun adı müxtəlif təbliğat üsullarında da istifadə olunur. O cümlədən də Ali Koç həmin vaxt böyük Atarürkün adını çəkib, özünün Atatürkçü olmasına işarə vurmaqla seçicilərin arasında olan müasir düşüncəli insanların sevgisini və səsini qazanmağa çalışmışdı. Necə ki, mən o ifadələri unutmamışam və xeyli bəyənmişdim, seçicilərin arasında da həmin sözlərə görə Koça səs verənlərinin sayının xeyli çox olduğuna şübhə etmirəm.
Azərbaycanda da klublar xaricdən futbolçu transfer edərkən Avropa klublarının, yığma komandaların və məşhur futbolçuların adından yararlanmağı xoşlayırlar. “Filankəsin həmyerlisi Azərbaycana gəldi”, “məşhur futbolçunun komanda yoldaşı Bakı klubunda”, “bu klubun yetirməsini hansı komandamız transfer etdi?” tipli pafoslu sərlövhələr hər transfer dönəmində idman mətbuatımızın manşetini bəzəyir. Amma sonrası heç də gözlənilən kimi olmur. Molla Nəsrəddin demişkən, nəzəriyyə ilə əməliyyə bir-birinə düz gəlmir, hay-küylə gələn əcnəbi futbolçu Azərbaycanı səssiz-səmirsiz tərk edir. Özü də gedəndə məvacibini təzminat kimi alır, ölkədən ciddi məbləğdə valyuta çıxarırlar.
Qayıdım Ali Koçun sözlərinə. Daha doğrusu, o sözləri nə üçün xatırlamağıma.
“Turan Tovuz” Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareşi transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb. Öz növbəmdə mən də “xeyirli-uğurlu olsun” deyirəm. Sonuncu dəfə Rumıniya təmsilçisi “Buzau”da oynayan Tavareşin “Benfika”nın yetirməsi olması xüsusi vurğu ilə azarkeşlərin nəzərinə çatdırılır. Lap yaxşı. Amma Ali Koç demişkən, önəmli olan futbolçunun “Benfika”nın yetirməsi olması yox, “Benfika”da neçə oyun keçirməsidi. İnternet qaynaqları bizi aldatmırsa, David Oliveyra “Benfika”nın əsas komandasında rəsmi oyun keçirməyib. Əvəzedici sayılan B komandasında isə üç mövsüm ərzində 36 dəfə forma geyib. Sonra da ortabab klublarda gününü keçirməklə məşğul olub.
Bəd gətirmək, “Turan Tovuz”un yeni transferini pisləmək istəmirəm. Ona qalsa, elə tovuzlu Budaq Nəsirov “Sportinq”in futbolçusu olub. Di gəl ki, indi heç Azərbaycanın 2-ci liqasında belə oynaya bilmir. Ümid edək ki, Tavareş ona bəslənən ümidləri doğruldacaq, “Benfika”nın yetirməsi kimi orda öyrəndikləri ilə “Turan Tovuz”a xeyir verəcək. Yeganə istəyimiz budu.
AMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri