Icma.az
close
up
RU
Tavriya Ulucay Akifin yeni hekayəsi

Tavriya Ulucay Akifin yeni hekayəsi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Ulucay Akifin "Tavriya" adlı yeni hekayəsini təqdim edir.

Fit çala-çala ağacın dibinə işəyən uşağın peysərinə yüngülvari şillə vurub ürkütdü:

– Ə, sənə deməmişəm bu tutun dibinə işəmə! Hələ fit çalmağına bax! Get rədd ol atanı çağır, düşsün aşağı!

Uşaq balağını, ayaqqabısını batıra-batıra, tələm-tələsik işini bitirib şalvarını yuxarı dartdı:

– Nə vurursan?! Özüm bilərəm! Elə bil, bunun uşağıyam! – deyib yenə şillə yeməmək üçün evə qaçdı.

Gün təpəsinə döyüb o qədər qızdırmışdı ki, elə bilirdi bu dəqiqə başı partlayacaq. Bəlkə, bir-iki tut olar deyə aşağı sallanmış budaqları o tərəf-bu tərəfə tərpətdi, amma heç nə tapmadı, ağacın quru tərəfinə keçib gövdəsinə söykəndi.

Çox keçməmiş Rafiq köynəyini düymələyə-düymələyə həyətə çıxdı:

– Həmid! Yekə kişisən, sənə əlli dəfə demişəm ki, o uşağın başına vurma da! Niyə qorxudursan uşağı?!

– Ə, yaxşı görək! Elə bil, nolub.

– Zarafat eləmirəm! Bir də vurma o uşağı! Sənin nə işinə qalıb hara işəyir? Ağac qədri bilən çıxmısan başımıza?!

– Di uzatma da, bildim. Vurmaram bir də... – deyib cibindən dəsmalını çıxartdı, alnının, boynunun tərini silib ciddi görkəm aldı. – Nətər eləyəcəyik mənim məsələmi? – əl verib salamlaşandan sonra soruşdu.

– Canına azzar nətər eləyəcəyik! Gedib nolubsa, necə olubsa, elə də deyəcəyik. Başqa variant yoxdu.

– Utanıram e dəhşət, Allah haqqı. Nətər deyəcəyik? Mən deyəmmərəm. Nolar, sən özün deyərsən də...

– Mən deyəcəm də. Bəs nəyə gəlirəm ora? – deyib fikrə getdi. – Həmişə adamı zibilə salırsan da. Bir dənə xatasız işin yoxdu. – xətrinə dəyməmək üçün əlini Həmidin çiyninə atıb gülümsədi. – Narahat olma, yaxşı olacaq, həll eləyəcəyik. Harda saxlamısan maşını?

***

Rafiq Həmidin köhnə “Tavriya”sına minən kimi şüşəni aşağı endirmək istədi, ancaq dəstəyi nə qədər fırlatsa da, olmadı.

– Ə, di qurtdalama da! Trosu qırılıb. – Həmid əsəbiləşdi.

– Sən canın, ta bu maşını sat, düz-əməlli bir şey götür. Maşın səndən əl çəkib, sən maşından əl çəkmirsən.

– Qoymuşam da sayta. Üç minə də yaxın duran yoxdu.

– Bir az aşağı sal da.

– Nə qədər aşağı? Üçə alırlar alsınlar, almırlar cəhənnəmə! Sürürəm də özüm gül kimi.

– Bax da... Nətər məsləhətdi. – Rafiq dostunun qanının qara olduğunu görüb söhbəti uzatmadı.

– Dünən biri zəng eləmişdi ki, iki min beş yüzə ver, bu dəqiqə gəlim götürüm. Gic oğlu gic! – Həmid bunu deyib qaza basdı, maşının qarşısında gəzişən qumrular bir göz qırpımında uçdular, məhəllənin sükutunu pozan “Tavriya” da qaldırdığı toz-torpağın içində gözdən itdi.

***

“Tavriya” sürət yığa-yığa Kürün sahilindən aralanırdı. Yolun xeyli hissəsində heç nə danışmadılar. Rafiq özü də narahat görünürdü, amma bunu Həmidə hiss etdirməmək üçün tez-tez fərqli söhbətlər açır, zarafat etməyə çalışırdı.

– Od yağır e... – Rafiq araya söz saldı. – Sənin bu işini həll eləyək, qayıdanda buxtaya gedək çimməyə?

Həmid pəncərədən çölə çıxartdığı əlini havada bir az yellədib heç nə demədi.

– İkinci buxtaya gedərik. Ora səliqəlidi. Su da isinər indiyə. – deyib Həmiddən cavab gözlədi. – Ə, di bəsdi də! Bütün qaramatsan e! Həll eləyəcəyik də, ölüm deyil ki... – cavab gəlmədiyini görüb dilləndi.

Kür çoxdan gözdən itmişdi. Həmid həmişə dostlarına deyirdi ki, Kürdən aralı düşəndə, özünü qəriblikdə hiss eləyir. İndi Kürün bir addımlığında olsa da, elə bilirdi, dünyanın o başına gəlib çıxıb və necə geri qayıdacağını da bilmir.

Rafiqin dediklərini eşitmirdi. Bütün gecəni oyaq qalmışdı, amma heç yuxusuzluğunu da hiss etmirdi. Bircə bu günün tez bitməyini, bu məsələnin həll olunmağını istəyirdi.

***

– Dəqiq bilirsən evlərinin yerini? – Xaldan kəndinin girəcəyində Rafiq soruşdu.

– Hə. İki dəqiqəyə ordayıq. Bura bax e... Bəlkə, heç getməyək, qayıdaq Mingəçevirə? – Həmid tərəddüdlə soruşdu.

– Ə, məni dolamısan?! O boyda yol gəlmişik, hara qayıdırıq? Narahat olma, yaxşı olacaq. – Rafiq dostunu toxtatmağa çalışdı.

İki-üç dəqiqə sonra Həmid “Tavriya”sını yol kənarında basdırılmış şəhid plakatının yanında saxladı:

– Ode, o göy darvazadı. – Başı ilə mavi darvazanı işarə elədi.

Maşından düşüb plakatın yanında dayandılar:

– Vüsal Nağıyev... – Rafiq plakatdan şəhidin adını oxudu. – Necə göyçək oğlan imiş e. İndi fikir verirəm... – diqqətlə şəklə baxa-baxa cibindən siqaretini çıxartdı, birini öz damağına qoydu, birini də Həmidə uzatdı. – Çəkirsən?

– Sən çək, mən istəmirəm, – Həmid şəklə bir az da yaxınlaşdı. – Qızıl uşaq idi. İstəsən, çıxarıb ürəyini də verərdi adama. Elə oğlan idi...

– Allah rəhmət eləsin... – Rafiqin bu sözündən sonra susdular.

Vüsalla Həmid əsgər yoldaşı idilər. Hələ müharibədən dörd il qabaq Murovdağın ətəyində birgə xidmət eləyib il yarım bir-birlərinə göz-qulaq olmuşdular. Elə o vaxtdan dostluqlarını qoruyub saxlamışdılar. Xidmətdən sonra da hər işləri bir idi. Xeyirdə-şərdə bir-birlərinə əl tutub kömək olurdular. Müharibə başlayanda Vüsal da səfərbərliyə çağırıldı və döyüşə yollandı...

– Gedək... – Rafiq siqaretini çəkib qurtarandan sonra dedi.

– Bəlkə, mən gəlməyim? Utanıram e, Allah haqqı.

– Gijdəmə də... Utanılası nə var? Tək gedim danışım?!

Həmid dostunun sözünə qulaq asıb qabağa düşdü. Darvazanı üç dəfə döydü. Bir az gözləyəndən sonra yenə döydü. Səs gəlmədiyini görüb Rafiqə baxdı:

– Yəqin evdə deyillər.

– A kişi, nə evdə deyillər? Harda olacaqlar bu vaxtı? – deyib özü qapını daha bərkdən döydü.

“Gəldim! Gəldim!” – həyətdən səs eşidildi.

Darvazanı örpəyinin altından ağarmış saçları görünən qadın açdı:

– Həmid? Xoş gəlmisiz, bala. Xeyir olsun... – deyib tanımadığı adama da nəzər yetirdi.

– Salam, Səkinə xala. Xoş gördük... Dostumdu. Rafiq. – deyib Rafiqin çiyninə toxundu.

– Salam, xala. Necəsiz? Narahat eləmədik ki? – Rafiqin də səsindən həyəcanlandığı hiss olundu.

– Yox, balam. Nə narahat... Keçin, keçin... Xoş gəlmisiz... – deyib onları həyətə buraxdı.

Darısqal həyətdə hər şey bel-belə minmişdi: iç-içə vedrələr, zivədən asılmış paltarlar, taxta yeşiklər, saxsı dibçəklər, bir-birinə dolaşıb düyünlənmiş şlanqlar, əldən düşüb bir küncə söykənmiş süpürgə...

– Üzrlü sayın da siz Allah, qapı-baca səliqəsizdi... – qadın özü də qəfil gələn qonaqların gözü ilə həyətə baxıb üzrxahlıq elədi.

– Allah eləməsin, xala! Narahat olmayın... – Rafiq dedi. – Dayı evdədi? – soruşa-soruşa ayaqqabısını çıxartdı.

– Hə, dərman atıb yatmışdı. Siz keçin oturun, çağırıram indi. Həmid, sən niyə qapıda dayandın? Keç də. – Səkinə xala bunu deyib otaqlardan birinə girdi.

Həmid də ayaqqabılarını çıxarıb içəri keçdi. Qonaq otağındakı stolun arxasında əyləşdilər. Bu evdə dəfələrlə olmuşdu. Hər dəfə Vüsalgilə gələndə, Səkinə xala onlara canla-başla qulluq edirdi. Həmişə də deyirdi ki, Vüsalı ona tapşırıb, mütləq ondan muğayat olsun.

“Salam əleyküm!” – Vüsalın atasının cod səsi Həmidi xatirələrin içindən dartıb çıxartdı.

– Salam, Vaqif dayı! – Həmid ayağa qalxdı. – Necəsiz?

Rafiq də Həmidlə bərabər ayağa durub Vaqif kişi ilə görüşdü.

– Dostumdu. Rafiq.

– Lap yaxşı. Xoş gəlmisiz. – deyib stulu çəkdi. – Oturun. Səkinə, çay gətir bizə.

Çay süfrəyə gələndə artıq Rafiqlə Vaqif kişi nəsə haqqında söhbət edirdilər, amma Həmid onları eşitmirdi. Oturduğu stulda utancından yavaş-yavaş kiçilib tamamilə yoxa çıxmaq istəyirdi. Bir ara istədi diziylə Rafiqə vurub göz-qaş eləsin, heç söhbəti açmadan çaylarını içib qalxsınlar. Elə bunu etmək istəyirdi ki, Rafiqin sözlərini eşitdi:

– Dayı, sizin də çox vaxtınızı almayaq. Niyə gəldiyimizi deyim...

Vaqif kişi əlindəki stəkanı nəlbəkisinə qoyub Rafiqə diqqət kəsildi.

– Allah Vüsala rəhmət eləsin... Hamımızın fəxridir. Düzdür, mənim Vüsalla yaxın münasibətim olmayıb, amma mən də tanıyırdım onu. Çox mərifətli, qanacaqlı oğlan idi. – Rafiq yavaş-yavaş söhbətə ayaq verdi. – Bilirsiz də, Həmidlə çox yaxın dost idilər. Bəlkə, Həmidin doğma qardaşı olsa, heç Vüsalı istədiyi qədər istəməzdi. – Vaqif kişinin üz cizgilərinin qımıldamadığını görüb söhbətinə davam elədi. – Yəqin xəbəriniz var, Vüsal nəsə ciddi problemə düşmüşdü. Xeyli borcu-xərci var idi, çox çətinlikdəydi. Müharibəyə getməzdən qabaq Həmiddən borc istəmişdi. İşlərini həll eləyəndən sonra qaytaracaqdı. Həmid də ordan-burdan kredit, sələm-zad götürüb verdi Vüsala. Sələm də bilirsiniz də necə bəladı...

Vaqif kişi hərdən Həmidə baxır, Rafiqin dediklərinin düz olub-olmadığını onun üz-gözündən anlamağa çalışırdı. Həmid isə Vaqif dayının bu baxışlarında qınaq və töhmətdən başqa heç nə görmürdü. Şəhid dostunun ailəsindən pul istəməyə gəlməyi özünə sığışdırmırdı.

– Vaqif dayı, Allah haqqı xəcalətimdən ölüb yerə girmək istəyirəm. – Həmid dözməyib dilə gəldi. – Vallah, dörd aydı da işsiz qalmışam. Heç işləyəndə də güc-bəlaynan çatdırırdım sələmin faizini. Gələn ay nişanımdı, üzük-zad da ala bilməmişəm... – elə bil, arxasınca atlı gəlirmiş kimi tələsə-tələsə içini boşaldır, danışdıqca gözləri dolur, ağlamamaq üçün hərdən üz əzələlərini gərib fasilə verir, sonra yenə davam edirdi. – Vüsal çox sıxıntıdaydı, mənə dedi ölüm-qalım məsələsidi, pul lazımdı, mən də yarısını sələmçidən, yarısını kredit...

– Nə qədər verdin? – Vaqif kişi Həmidin sözünü ağzında qoydu.

– On min... Yeddi minini sələmçidən götürdüm, üç min də bankdan kredit... – Həmid cavab verdi.

Vaqif kişi çayından bir qurtum da içib kənarda ayaqüstə dayanan arvadına baxdı. Əlindəki stəkanı bir az da sıxsa, çilik-çilik olacaqdı. Təzədən Həmidə baxdı:

– Kredit cəhənnəm, neçə aydı sələmin faizini verirəm ancaq, üstündən bir qəpik də azalda bilməmişəm. Mənə bir yol göstərin, kömək eləyin, bilmirəm neynəyim. – Həmid bunları da deyib dayandı.

Vaqif kişi qaşlarını çatıb stəkanı nəlbəkiyə qoydu:

– Ay bala, mən sənə demişdim Vüsala kömək elə? Ağlın olardı, verməzdin. Mənim eləyə biləcəyim nəsə yoxdu. Özünüz görürsüz vəziyyətimizi... – əlinin tərsiylə nəlbəkini stolun kənarına itələyib ayağa qalxdı. Yenə arvadına baxdı, nəsə demək istədi, sonra gözlərini Həmidə dikdi. – Sağ olun! Salamat gedin! – deyib otağına keçdi.

Qonaq otağına sükut çökdü. Rafiq bir müddət susub Səkinə xalaya baxdı. Səkinə xala da özünü itirmişdi, nə deyəcəyini, nə edəcəyini bilmirdi.

– Bala, bağışla, başına dönüm. Qurban olum, bağışla! Vüsal öləndən neçə adam gəlib belə söhbətlərə görə qapımıza... – Səkinə xala səsi titrəyə-titrəyə Həmidə tərəf gəldi.

Həmid sakitcə yerindən durub Səkinə xalanı bərk-bərk qucaqladı:

– Ağlama, ay xala! Sən bağışla məni! – deyib bağrına basdı. Sonra üzünü dostuna tutdu. – Qalx gedək, Rafiq.

Səkinə xala onları qapıya qədər ötürdü. Həmid darvazanın ağzında hələ də gözünün yaşı qurumayan Səkinə xalanı yenə qucaqladı:

– Narahat olma, xala! Vüsalın halal xoşu olsun o pul! Həll eləyəcəm özüm birtəhər... Özünüzdən muğayat olun! – deyib həyətdən çıxdı.

Həmid darvazanın cəftəsi vurulandan sonra cibindən telefonunu çıxardıb kiminsə nömrəsini axtara-axtara maşına oturdu. Rafiq də lal-dinməz maşına mindi.

Həmid “Tavriya”nı xodlayıb Rafiqdən siqaret götürdü. Maşından düşüb şəhid plakatının düz qabağında dayandı, Vüsalın şəklinə baxa-baxa siqaretini yandırdı. Bir-iki qullabdan sonra kiməsə zəng elədi.

– Salam, qardaş. Gəl maşını iki yarıma götür. Bir saata buxtada olacam mən. Hə, ikinci buxtaya gələrsən. – Rafiq Həmidin qətiyyətli səsini maşının açıq pəncərəsindən eşitdi.

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman "Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri