Icma.az
close
up
RU
Taxıl mövsümü başlanıb

Taxıl mövsümü başlanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 milyon hektar zəminin taxılı biçiləcək

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Həmin toplantılar çərçivəsində nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr keçirilir. 
Ölkədə taxıl biçininin gedişatına həsr olunmuş növbəti regional müşavirə Cəlilabad rayonunda keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Cəlilabad və ətraf rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, dövlət aqrar inkişaf mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, ölkədə taxılçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur. Bu sahənin inkişafına dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabadın ölkənin ən böyük taxılçılıq rayonlarından biri olduğunu diqqətə çatdıran R.Cəlilov əvvəlki illərdə olduğu kimi, bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib. 
Taxıl biçininin mütəşəkkil başa çatdırılması üçün müşavirə iştirakçılarına məlumat verən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddətdə, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, təsərrüfat sahiblərinin taxılyığan kombaynlarla təmin edilməsi ilə bağlı onlara lazımi köməyin göstərilməsi üçün bir sıra zəruri tədbirlər həyata keçirilib. Bölgələrdə taxıl biçininin mütəşəkkil qaydada və optimal müddətdə biçilib başa çatdırılması üçün “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynların gündəlik dislokasiya planı hazırlanıb, ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti qurumların, həmçinin fiziki və hüquqi şəxslərin iştirakı ilə regionlarda müşavirələr keçirilib.
Müşavirədə çıxış edən nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Cəlilabad, Neftçala və Biləsuvar rayonları üzrə əkin aparılmış 124 min 800 hektar sahənin 27 faizində biçin prosesinin başa çatdığını, taxıl yığımına 256 kombaynın cəlb edildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, biçin prosesinin optimal müddətdə başa çatıdırlması üçün yerli qurumlar tərəfindən koordinasiyalı fəaliyyət həyata keçirilir.Toplantıda, həmçinin biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Müşavirə iştirakçıları Cəlilabad rayonunun Üçtəpə kəndində taxıl biçininin gedişi ilə də tanış olublar, fermerlərlə görüşüblər. Bildirilib ki, mövsum ərzində Cəlilabad rayonu üzrə 60,4 min hektar sahədə taxıl əkilib. Bunun da 47 min hektarı buğda, 13,4 min hektarı isə arpa sahələridir. Bu günə kimi 8 min hektar sahədə biçin başa çatıb, zəmilərdən 24,7 min ton taxıl yığılıb. Hazırda biçin prosesinə 90 kombayn cəlb edilib ki, onların da 17-si “Aqroservis” ASC-yə, 73-ü isə hüquqi və fiziki şəxslərə məxsusdur. 
Müşavirə iştirakçıları sahələrdə məhsuldarlığın vəziyyəti ilə əyani tanış olub, məhsulun vaxtında və itkisiz yığılması üçün görülən işlər barədə fermerləri məlumatlandırıblar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri