Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çampi” tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb.
Qurum daha əvvəl bir nəfərin həlak olduğunu, 500-dən çox insanın isə xəsarət aldığını bildirmişdi. Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub, nəticədə insanlar xəsarət alıblar. Pindun dairəsinin sahilində bir nəfər fırtına dalğasının onu dənizə aparması nəticəsində həlak olub.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Meteoroloqlar fırtına xəbərdarlıqlarını ləğv ediblər. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Oktyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















