Tayland Hörmüz boğazından istifadə edəcək
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tayland İranla neft tankerlərinin strateji əhəmiyyətli Hörmüz boğazından təhlükəsiz keçidinə icazə verilməsi barədə razılığa gəlib.
Bakıvaxtı.az LeMonde.fr-ə istinadən xəbər verir ki, bunu Taylandın Baş naziri Anutin Çarnvirakul açıqlayıb.
Baş nazirin sözlərinə görə, əldə olunan razılaşma ölkənin yanacaq tədarükü ilə bağlı yaranmış narahatlıqları aradan qaldırmağa kömək edəcək:
“Bu razılaşma ilə əminik ki, martın əvvəlində yaşanan kimi fasilələrlə daha qarşılaşmayacağıq”.
Qeyd edək ki, Tayland hökuməti əvvəlcə dizel yanacağının qiymətini litrinə 30 baht (0,79 avro) səviyyəsində məhdudlaşdırmışdı. Lakin bu həftə qiymət litrinə 6 baht artırılıb. Bununla yanaşı, yanacaqdoldurma məntəqələrində çatışmazlıq və uzun növbələr getdikcə daha geniş yayılır.
Xatırladaq ki, 11 mart tarixində Tayland ticarət gəmisi Hörmüz boğazında hərəkət edərkən hücuma məruz qalıb. Gəminin üç heyət üzvü hələ də itkin hesab olunur.
Aydın Baxış
Baxış sayı:179
Bu xəbər 28 Mart 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















