Taylandla Kamboca arasınmda toqquşma: yaralanan hərbçilərin sayı artıb
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaralanan Tayland hərbçilərinin sayı 8-dən 29-a yüksəlib
Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tayland hərbçilərinin sayı 8-dən 29-a yüksəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tayland Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri brifinqdə deyib.
"Toqquşmalar zamanı bir Tayland əsgəri həlak olub, 29-u yaralanıb", - deyə o bildirib.
Tayland Kral Ordusu 8 dekabrda Kamboca qüvvələrinin yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını açıqlayıb. Tayland Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Tayland Ordusunun İkinci Bölgəsi də Kambocanın bazar ertəsi və çərşənbə axşamı günləri BM-21 raketləri və intiharçı dronlarla Tayland ərazisini atəşə tutduğunu bildirib. Tayland qüvvələri əsas əraziləri nəzarətə götürmək və düşmənə itki vermək cəhdi ilə cavab atəşi açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















