Icma.az
close
up
RU
Tbilisi yenidən mübarizə meydanına çevrilir MER SEÇKİLƏRİ GÜRCÜSTANDAKI SİYASİ EHTİRASLARI YENİDƏN ALOVLANDIRIB

Tbilisi yenidən mübarizə meydanına çevrilir MER SEÇKİLƏRİ GÜRCÜSTANDAKI SİYASİ EHTİRASLARI YENİDƏN ALOVLANDIRIB

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Gələn ay Gürcüstanda iri şəhərlərə mer seçkiləri keçiriləcək.

Seçkilər 64 munisipal mərkəzdə (bizim bələdiyyələrin analoqu, amma daha geniş səlahiyyətlərlə) keçiriləcək. Gürcülər 64 mer və 2058 sakrebulo deputatını seçəcəklər (“sakrebulo” nümayəndəlik qurumudur).

Yerli seçkilərin siyasi mühitini anlamaq üçün son bir neçə ay ərzində baş verənləri xatırlatmaq vacibdir.

Parlament komissiyası və siyasi liderlərin həbsi

5 fevral 2025-ci ildə Gürcüstan Parlamentində müvəqqəti istintaq komissiyası yaradılıb. Onun təşəbbüskarı hakim “Gürcü Arzusu” partiyası idi. Komissiya “2003–2012-ci illərdə rejimin və onun siyasi fiqurlarının fəaliyyətinin araşdırılması” adını daşıyırdı. Komissiyaya “Gürcü Arzusu”nun görkəmli üzvü Tea Tsulukiani (sabiq ədliyyə və mədəniyyət naziri) rəhbərlik edirdi.

Əvvəlcə komissiya “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövründə ehtimal olunan cinayətlərini araşdırmaq üçün yaradılmışdı. Lakin 2025-ci ilin aprel ayında mandat genişləndirilib və 2003-cü ildən indiyə qədərki dövrü əhatə edib.

Komissiya parlamentdə açıq dinləmələr keçirərək şahidləri, o cümlədən “Vahid Milli Hərəkat”(Saakaşvilinin partiyası) hökumətinin ehtimal olunan qurbanlarını dinləyib və 5 sentyabr 2025-ci ildə parlamentə 500 səhifəlik yekun hesabat təqdim edib.

Müxalifətin reaksiyası

Müxalifət liderləri dinləmələrə dəvət olunmuşdu, amma parlamentin və son seçkilərin legitimliyini tanımadıqları üçün iştirak etməyiblər. Gürcüstan qanunvericiliyinə görə (maddə 349), parlament komissiyasının dəvətinə imtina cinayət məsuliyyəti daşıyır. Bu səbəbdən bir sıra müxalifət liderləri həbs olunub:

Zurab Caparidze, Georgi Vaşadze, Givi Tarqamadze, Nika Melia.

Digər siyasi fiqurlar cinayət təqiblərinə məruz qalıblar:

Mamuka Xazaradze (sonradan Prezident Kavelaşvili tərəfindən əfv olunub), Badri Caparidze (əfv olunub), Nika Qvaramiya, Irakli Okruaşvili, Givi Tarqamadze.

Bütün bu şəxslər 2 illik müddətə dövlət vəzifələrini icra etmək imkanından məhrum edilib.

4 oktyabr seçkiləri bu siyasi fonda keçiriləcək. Əsas müxalifət partiyaları seçkiləri boykot edir və seçiciləri də boykota çağırır. Müxalifət seçkilərin əvəzinə nəhəng etiraz aksiyası təşkil etməyi planlaşdırır.

Hal-hazırda müxalif qüvvələr aksiyanın təşkili, güc strukturları isə onun dağıdılması üçün hazırlıq görür. Hər iki tərəfin kəskin ritorikasını nəzərə alaraq demək olar ki, 4 oktyabr günü Gürcüstanda gərginlik son dərəcədə yüksək olacaq. Son günlər ərzində hətta tez-tez “4 oktyabrda hakimiyyəti devirəcəyik” ifadəsini eşitmək olar, və bunu, hansısa sıravi fəallar demir, ciddi nüfuza malik müxalif siyasətçilər deyir.

Müxalifətin strategiyası aydındır: seçkilərə legitimlik qazandırmamaq və hakimiyyəti beynəlxalq təzyiqlərə, o cümlədən sanksiyalara məruz qoymaq. Gürcüstanın Qərbdən iqtisadi asılılığı böyük olduğundan, bu təzyiqlərə həssasdır.

Bu məsələnin geosiyasi tərəfi də var, “Gürcü Arzusu”nun arxalandığı Rusiya Cənubi Qafqazda mövqelərini sürətlə itirir, bu da Gürcüstan hakimiyyətinin manevr və Qərbin təzyiqlərinə tab gətirmə imkanlarını azaldır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri