Tbilisidə aksiyalar davam edir
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində etiraz aksiyası davam edir.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutublar.
Parlament binasına bitişik küçələrdə polis əməkdaşlarının səfərbər edildiyi bildirilir.
Qeyd edək ki, Gürcüstanda etirazlar hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra başlayıb.
Tbilisidə və respublikanın digər şəhərlərində etiraz aksiyaları artıq yeddinci gündür ki, davam edir. Gürcüstanın paytaxtında son günlər hər gecə nümayişçilərlə polis arasında qarşıdurma baş verir.
Baxış sayı:64
Bu xəbər 04 Dekabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















