“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” futbol klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi sosial şəbəkə hesabında məlumat yayımlanıb.
Bildirilib ki, 64 yaşlı mütəxəssis vəzifəsindən ayrılmaq qərarını klub rəhbərliyinə çatdırıb. Tərəflər arasında aparılan danışıqlardan sonra qərar qarşılıqlı anlaşma və hörmət çərçivəsində qəbul edilib.
“Fənərbağça” rəhbərliyi İsmayıl Kartala klub üçün göstərdiyi səylərə, fədakarlığına və bağlılığına görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:“Fənərbağça” İsmayıl Kartalla bağlı qərarını açıqladı
11 Sentyabr 2026 22:35
“Fənərbağça” Bakıya hansı heyətlə gələcək? İsmail Kartalla MÜSAHİBƏ
24 Sentyabr 2026 12:45
“Fənərbağça”nın İsmail Kartalla yolların ayrıldığı iddia olunur
27 Oktyabr 2026 21:51
“Fənərbağça”da böyük oyunlar oldu, İsmail Kartalla da görüşəcəyik”
18 Fevral 2025 11:58
İsmayıl Kartal Fənərbağça ya qayıtdı
18 İyun 2026 14:53
Baxış sayı:101
Bu xəbər 27 Oktyabr 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















