Bağçalıdan KRİTİK AZƏRBAYCAN MESAJI: “Gündəlik hadisələrin...”
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı "Facebook" hesabında yazıb.
"Türk dünyasının birliyi, hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir", - o bildirib. pizza hut
O bildirib ki, Türk dünyasını təşkil edən qardaş dövlətlərlə bağların zədələnməsi, yalnız iki dövlət arasındakı münasibətlərə aid olan bir məsələ kimi görülə bilməz: "Bu bağlar, tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönəlik məfkurələrimizin ayrılmaz bir parçasıdır.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin sərhədlərinə sığışdırıla bilməyəcək qədər köklü; siyasi və diplomatik məsələlərin fövqündə tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız, iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Oktyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















