Icma.az
close
up
RU
Tbilisidə etiraz aksiyaları bu dəfə toqquşmasız başa çatıb

Tbilisidə etiraz aksiyaları bu dəfə toqquşmasız başa çatıb

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, ötən axşam Gürcüstan parlamenti yaxınlığında növbəti mitinq başlayıb.
Yerli vaxtla saat 03:00-dan başlayaraq, etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.
Digər tərəfdən, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakına görə biri əcnəbi olmaqla 5 nəfəri saxlayıb. Onlar polisə tabe olmayaraq müqavimət göstərməkdə, həmçinin kütləvi iğtişaşlarda fəal iştirak etməkdə təqsirləndirilirlər. DİN-in yaydığı məlumata görə, təqsirləndirilən şəxslərin evlərinə baxış keçirilərkən, habelə şəxsi axtarış zamanı mobil telefonlar, kompüter avadanlıqları, hərbi geyimlər, qaz maskaları, habelə odlu silah, pul və yaddaş kartları aşkar edərək götürüblər. Nazirlik onları 9 ilə qədər həbs gözlədiyini bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə Tbilisidə mitinqlərdə iğtişaşlara görə müxtəlif cinayət ittihamları ilə 23 nəfər saxlanılıb.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və ittifaqın bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri