Tbilisidə etiraz aksiyası keçirilir
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisidə Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına etiraz aksiyası başlayıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, insanlar hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına toplaşıblar.
Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd olunur ki, etiraz aksiyaları Kutaisi və Batumidə də keçirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Tbilisidə etiraz aksiyası keçirilir
28 Noyabr 2024 21:55

