Icma.az
close
up
RU
Tbilisidə GürcüstanAzərbaycan Gənclərinin “Networking” Forumu keçirildi VİDEO

Tbilisidə GürcüstanAzərbaycan Gənclərinin “Networking” Forumu keçirildi VİDEO

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisidə "Gürcüstan-Azərbaycan Gənclərinin "Networking” Forumu keçirilib.

Manset.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyinin birgə təşkilatçılığı ilə "Gürcüstan-Azərbaycan Gənclərinin "Networking” Forumu keçirilib.

Tədbirdən öncə Bakıdan Forum üçün Gürcüstana səfər edən heyət Ulu Öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

Forum tanınmış jurnalist Xanlar Mehdiyevin aparıcılığı ilə öz işinə başlayıb.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Layihənin rəhbəri, Qızılbaş” GMİB-nin icraçı direktoru Aqil Ələsgər açılış çıxışı edərək Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlardan söz açıb.

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsinə sayılı günlər qaldığını bildirən Aqil Ələsgər vurğulayıb ki, rəsmi Bakı tədbirə tam hazırdır.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinini inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Sonra diplomat, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlatları da səylə çalışırlar.

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edən qısa film nümayiş olunub.

"Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərnin "Yaşıl dünya naminə” panel iclası olub.

Paneldə gürcü analitik, Gürcüstan Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Vasili Papava, jurnalist -araşdırmaçı Lika Jorjoliani, "Aktual.ge” saytının baş redaktoru İlkin Hüseynov və Beynəlxalq Qara Dəniz Universitetinin İdarə Heyətinin üzvü, professor Aygül İsayeva ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi, gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

Sonda çıxışçılara plaket təqdim olunub və xatirə şəklinin çəkilməsi ilə Forum öz işini yekunlaşdırıb.

Qeyd edək ki, forum çərçivəsindı gürcüstanlı soydaşlarımızla da görüş keçiriləcək.

Xatırladaq ki, forum Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 06 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri