Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb FOTO VİDEO YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb.
APA xəbər verir ki, bu haqda Gürcüstan mətbuatı məlumat yayıb.
Bundan başqa xüsusi təyinatlı dəstənin əməkdaşları da parlament binasının ətrafındakı ərazini boşaldıb. Eyni zamanda polis qüvvələri və texnika da Azadlıq meydanından çıxarılıb.
Xatırladırıq ki, artıq yeddinci gündür ki, Rustaveli prospektində etiraz aksiyaları keçirilir. Vətəndaşlar Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsinin gündəmə gətirilməyəcəyi ilə bağlı qərarına etiraz edirlər.
Aksiyanın bitməsindən sonra xüsusi təyinatlı dəstə üzvləri Çiçinadze və Çitadze küçələrini də tərk edib.
Hazırda ərazidə yalnız post quraraq patrul xidməti aaparan polislər var.
***
20:54
Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.
APA xəbər verir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.
Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.
Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 Dekabr 2024 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















