Ərdoğanla Tramp DANIŞDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli əlaqələri, həmçinin regional və qlobal proseslər geniş müzakirə olunub.
Prezident Ərdoğan Məkkə Ortaq Müdafiə İttifaqı çərçivəsində Hörmüz boğazı və Yəməndəki son inkişafları yaxından izlədiklərini, problemin diplomatiya müstəvisində həlli üçün səylər göstərildiyini diqqətə çatdırıb.
Türkiyə dövlət başçısı, həmçinin ölkəsinin Ukrayna ilə Rusiya arasında diplomatik prosesin canlandırılması və müharibənin sona çatdırılması istiqamətində həyata keçirilən səylərə dəstək verməyə hazır olduğunu bəyan edib.
Öz növbəsində ABŞ Prezidenti Donald Tramp Ərdoğanı və türk xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. O, eyni zamanda Türk Dövlətləri Təşkilatının Ankara Zirvə görüşünün uğurla keçməsi arzusunu ifadə edib.
Baxış sayı:103
Bu xəbər 28 Oktyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















