Tbilisidə ötən gün 31 etirazçı saxlanıldı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Ötən gün Tbilisinin Aqmaşenebeli prospektində keçirilmiş etiraz aksiyasında 31 nəfər saxlanılıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslər polis əməkdaşının qanuni tələbinə tabe olmadıqlarına görə inzibati qaydada saxlanıblar. Onların bir qismi artıq azad edilib.
Qeyd edək ki, ötən gün etirazçılar Tbilisi şəhərinin giriş və çıxışında avtomobil yollarını bağlamağa cəhd ediblər. Polislə baş vermiş qarşıdurma zamanı bəzi müxalifət liderləri də saxlanılmışdı.

Tbilisidə 100dən çox etirazçı saxlanıldı
30 Noyabr 2024 09:38
Tbilisidə keçirilən aksiyada 100dən çox etirazçı saxlanıldı
30 Noyabr 2024 11:27
Tbilisidə 22 etirazçı saxlanıldı, 15 nəfər yaralandı
04 Dekabr 2024 12:26
Ötən gün Tbilisidə 22 nəfər saxlanılıb
04 Dekabr 2024 12:34
Tbilisidə “etirazçı”ların 30 faizi xaricilərdir
04 Dekabr 2024 09:28

