Avropa İttifaqından Rusiyaya sərt mesaj Enerji sanksiyaları nə vaxt ləğv ediləcək?
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiyanın enerji resurslarına qarşı məhdudiyyətləri yumşaltmaq istiqamətində atdığı addımlara baxmayaraq, Avropa İttifaqı Ukraynada münaqişə başa çatana qədər Rusiyaya qarşı enerji sanksiyalarını ləğv etmək niyyətində deyil.
“Hazırkı müzakirələrlə əlaqədar fikrimi tam aydın ifadə etmək istəyirəm: Rusiya müharibəni dayandırana qədər bu sanksiyalar qüvvədə qalacaq”, – deyə fon der Lyayen çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
Avropa Komissiyası rəhbərinin bu açıqlamaları Vaşinqtonun Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlərə yanaşmasını dəyişdiyi bir vaxta təsadüf edir.
Tramp administrasiyası daha əvvəl Rusiyadan dizel yanacağının tədarükünə dair sanksiya rejimini yumşaldıb və Rusiyaya qarşı bir sıra yeni məhdudiyyətlərin tətbiqini dayandırıb.
Post navigationPrevious: Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Oktyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















