Icma.az
close
up
RU
TBMM in sabiq deputatı: Qəbələ Zirvəsində müzakirə olunan mövzular məhsuldar nəticələr vəd edir

TBMM in sabiq deputatı: Qəbələ Zirvəsində müzakirə olunan mövzular məhsuldar nəticələr vəd edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 8 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən liderlərin çıxışları, ikitərəfli görüşlər və aparılan müzakirələr təşkilatın inkişafı istiqamətində mühüm nəticələr ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə baş tutan bu əlamətdar toplantı keçmişlə bu günün qovuşmasını simvolizə edir və türk dövlətləri arasında dostluq, qardaşlıq, həmrəylik və ortaq əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Yavuz Subaşı bildirib. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışına diqqət çəkən Yavuz Subaşı deyib: “Prezident İlham Əliyevin TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlim keçirməsi barədə irəli sürdüyü təklif olduqca mühüm təşəbbüsdür. Bu, təşkilat ölkələri arasında ortaq hərbi qüvvə yaradılmasının ilk addımı ola bilər. İlham Əliyevin ortaq tarix, etnik köklər, milli və mənəvi dəyərlərin Türk dünyasını bir ailə kimi birləşdirdiyini vurğulaması da son dərəcə önəmlidir. Onun tərəfindən irəli sürülən digər mühüm layihə isə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın davamı mahiyyətində yeni böyük bir türkoloji qurultay təşkil olunmasıdır”.

Yavuz Subaşı əlavə edib ki, TDT artıq sadəcə bir əməkdaşlıq platforması deyil, region ölkələri arasında güclü əməkdaşlıq yaradan geosiyasi mərkəzlərdən birinə çevrilib. Zirvədə “TDT+” əməkdaşlıq formatının yaradılması təşəbbüsü, TÜRKSOY-un gücləndirilməsi, regionda TDT dövlətlərinin qarşılaşa biləcəyi təhdidlər, münaqişələr və beynəlxalq hüquq pozuntuları qarşısında birgə fəaliyyət və effektiv mövqe nümayişi barədə razılıq əldə olunub. Bununla yanaşı, fövqəladə hallar və fəlakətlərin idarə olunması, elm, texnologiya, ətraf mühit və mədəniyyət sahələrində əməkdaşlıq qərarları da qəbul edilib.

“Bütün bu qərarlar Türk dünyasının birliyi və təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyi baxımından olduqca vacibdir. XXI əsrin “Türk dünyası əsri” olması baxımından Qəbələ Zirvəsi məhsuldar nəticələr vəd edir. Qırğızıstan Prezidentini dövrə sədrliyini uğurla yerinə yetirdiyinə görə təbrik edir, bu mühüm missiyanı təhvil alan can Azərbaycana uğurlar arzulayıram”, - deyə sabiq deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri